Pərvanə Vəliyeva: Azərbaycan regionun enerji “hub”na çevrilir


Prezident İlham Əliyev 8 yanvar 2026-cı ildə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının açılışında çıxış edərək, stansiyanın 240 meqavat gücünün ölkənin enerji potensialını artıracağını vurğuladı. Stansiyanın təməli 2022-ci ildə qoyulmuşdur və bu, “ACWA Power” şirkəti tərəfindən inşa olunmuş ilk bərpaolunan enerji stansiyasıdır.

Prezident, bərpaolunan enerji sahəsində xarici investorların artacağını və Azərbaycanın enerji sisteminin müasirləşdirilməsi istiqamətində son 20 ildə generasiya gücünün üç dəfə artdığını qeyd etdi. Hazırda Azərbaycanın ümumi generasiya gücü 10 min meqavatdır, bu da enerji təhlükəsizliyini artırır. Son dövrlərdə həmçinin Mingəçevirdə yeni elektrik stansiyası açılmış, Cəbrayıl rayonunda isə üç yeni Günəş elektrik stansiyasının tikintisi davam edir.
Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt-dır. 3 yaşıl enerji zonası mövcuddur və 4 yaşıl enerji dəhlizi layihəsi üzərində çalışılır ki, bu dəhlizlər Azərbaycandan Avropaya yaşıl enerji ixracını hədəfləyir.
Qeyd edim ki, bərpa olunan enerji mənbələrinin geniş tətbiqi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Bu sahədə hüquqi baza da təkmilləşdirilib. Dövlət Başçımızın 29 may 2019-cu il tarixli Sərəncamı ilə enerji bazarında liberallaşma, rəqabətin artırılması və yaşıl enerjiyə keçidin hüquqi əsası formalaşdırılıb. Qəbul edilmiş “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında“ Qanun bu sahədə hüquqi, iqtisadi və təşkilati əsasları, həmçinin yaşıl enerjinin təşviq edilməsi üçün dəstək mexanizmlərini tənzimləyən mühüm normativ baza kimi çıxış edir. Bununla yanaşı, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində yaşıl enerjiyə keçid, enerji səmərəliliyinin artırılması və aşağı karbonlu iqtisadiyyatın qurulması milli inkişafın əsas hədəflərindən biri kimi müəyyənləşdirilib.
Bərpa olunan enerji mənbələrindən istifadə etməklə elektrik enerjisi istehsalı layihələri üzrə dövlətin satınalma öhdəliyi ilə fəaliyyət göstərən fərdi sahibkarlar və hüquqi şəxslər, müvafiq müqavilə əsasında, 30 ildən çox olmamaq şərtilə həmin layihələr çərçivəsində istifadə olunan əmlaka görə əmlak vergisindən və torpaqlara görə torpaq vergisindən azaddırlar. Praktikada bu, yaşıl enerji layihələrinə investisiya qoyan sahibkarların əmlak və torpaq vergisi yükündən azad olmasını təmin edir və investisiya mühitini stimullaşdırır.

Bundan başqa, 2026-cı il yanvarın 1-dən qeyri-rezident müəssisə tərəfindən ödənilən dividenddən 5 faiz dərəcə ilə vergi tutulması müəyyən edilmişdir. Bu da investisiya mühitini yaxşılaşdırmağa hesablanıb.

Ölkəmizdə 10-a yaxın Günəş Elektrik stansiyası layihəsi mövcuddur. O cümlədən, İşğaldan azad edilmiş ərazilərdə 1500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 5 MVt-dan çox olan günəş panelləri quraşdırılıb və proses məskunlaşma planlarına uyğun davam etdirilir. Bu ərazilərdə 307 MVt gücündə 38 su elektrik stansiyası istismar olunur. “Şəfəq” GES, “Üfüq” GES və “Şəms” GES layihələri Cəbrayıl rayonunda həyata keçirilir.
İnnovativ yeniliklərdən biri də üzən günəş panelləridir. 2024-cü ilin 29 iyul tarixində Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində Böyükşor gölündə 100 kVt gücə malik fotovoltaik sistemin açılış mərasimi keçirilib. Gələcəkdə su hövzələri üzərində iri həcmli layihələrin həyata keçirilməsi üçün araşdırmalar aparılır.
Azərbaycan regionun enerji “hub”na çevrilir. Ölkəmiz bu istiqamətdə Mərkəzi Asiyanı Avropaya bağlayır. Azərbaycan-Qazaxıstan-Özbəkistan yaşıl enerji layihəsinin işə düşməsi ilə, ölkəmiz Mərkəzi Asiyadan “təmiz enerji” də Avropaya ötürə biləcək.
Yaşıl enerjinin ötürülməsi üzrə 4 dəhliz üzərində iş aparılır. Bu isə iştirakçı dövlətlər: Türkiyə, Macarıstan, Rumınıya, Bolqarıstan kimi ölkələrlə birgə layihələrdir.
Ölkəmizin 2024-cü ildə evsahibliyi etdiyi COP29 çərçivəsində Azərbaycan tərəfindən üç mühüm enerji təşəbbüsü – COP29 Qlobal Enerji Saxlama və Şəbəkələr Vədi, COP29 Yaşıl Enerji Vədi: Yaşıl Enerji Zonaları və Dəhlizləri və COP29 Hidrogen Bəyannaməsi təqdim edilib.
Bu tədbir enerji keçidinin sürətləndirilməsi baxımında qlobal öhdəlikləri bir qədər də artırmışdır.
Beləliklə, Azərbaycan həm milli, həm regional, həm də qlobal səviyyədə enerji təhlükəsizliyinə böyük töhfələr verir.

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər