Vahid Tağıyev: Böhtan və təhqirlər fonunda təmkin və ləyaqət


Davranış mədəniyyəti,
böhtan dövründə insan
olaraq qalmaq...


Həssas, dəyərli bir dostumla apardığım düşüncəli söhbətdən sonra bəzi müşahidə və fikirlərimi qısaca bölüşmək istədim. Əvvəlcədən qeyd edim ki, bunlar heç bir halda məsləhət vermək iddiası daşımır, sadəcə həyat təcrübəsidir. Ümidvaram ki, ümumən cəmiyyət sağlamlaşdıqca böhtan və təhqirlər də tədricən azalacaqdır.
Bildiyiniz kimi, təqaüddəyəm. Heç kimlə problemim yoxdur. Daha çox nəvələrin təhsili və tərbiyəsi ilə məşğulam. Kitab səviyyəsində geniş, təhlili bir yazı üzərində işləyirəm, mütaliədən zövq alıram.
Təsadüfi deyil ki, bu gün davranış mədəniyyəti, ünsiyyət etikası və mənəvi dəyərlər məsələsi dövlət səviyyəsində də xüsusi diqqət mərkəzindədir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 14 yanvar 2026-cı il tarixli Sərəncamla təsdiq edilən “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası"nda davranış mədəniyyəti sağlam və inkişaf etmiş cəmiyyətin formalaşmasında əsas amillərdən biri kimi dəyərləndirilir.
Sərəncamda qeyd olunur ki, “Davranış mədəniyyəti fərdin milli-mənəvi dəyərlərə əsaslanaraq digər fərdlərlə, qruplarla və cəmiyyətlə ünsiyyətində, eləcə də ətraf aləmlə rəftarında ifadə olunan davranış formalarının məcmusudur”.
Bu yanaşma, əslində, aşağıda bölüşəcəyim müşahidə və düşüncələrin nə qədər aktual və ümumi xarakter daşıdığını bir daha təsdiqləyir.
Reallıq budur ki, son illər dünyada aqressiya və psixoloji gərginlik artıb. Tutarlı əsas olmadan, bəzən heç yaxından tanımadan insanlara böhtan və təhqir dolu sözlər ünvanlamaq həm sosial mediada, həm də real həyatda bir çoxları üçün adiləşib, vərdişə çevrilib.
Ən çox isə ləyaqətli, şəxsiyyətli, bacarıqlı, hansısa üstünlüyü olan, uğur qazanan insanlar tənqid, müzakirə, hətta böhtan obyektinə çevrilirlər. Bu niyə belədir? Çıxış yolu varmı? Nə etməliyik?
Birmənalı cavab vermək çətindir və belə bir məsuliyyəti üzərimə götürmək niyyətində də deyiləm. Ancaq bütün hallarda bir həqiqət dəyişməz qalır: təmkinli olmaq, təsadüfi insanların böhtanlarına görə öz yolunu dəyişməmək, motivasiyanı itirməmək lazımdır.

DÜŞÜNÜRƏM:
● Əvvəla, futbolda top kimdədirsə, hamı onun üzərinə gedir. Həyatda da çox vaxt belədir: kim işi, bacarığı, peşəkarlığı ilə fərqlənirsə, ləyaqətlə irəli çıxırsa, diqqət çəkirsə - ona qarşı gözü götürməyənlərin, böhtan atanların da sayı artır.
● Heç görmüsünüzmü ki, özünü hamıdan ağıllı sayan, ləyaqətsiz, həyasız, vərdiş halında başqaları haqqında əsassız danışan bir adama kimsə böhtan atsın? Belələri adətən hədəf yox, səs-küyün özüdür.
● Elə tərbiyəsiz insanlar var ki, onlardan mümkün qədər uzaq durmaq lazımdır. Necə ki, uzunqulağın təpik atmaq, hürən heyvanın dişləmək vərdişini bildiyimiz üçün onlara yaxın durmuruq. Onların hərəkətlərinə cavab vermək ağıllı seçim deyil. Heyvan təpik atır deyə insan ona təpik atmır. Görünür, bəzi “adamlarla” da münasibət belə qurulmalıdır.
Bu, qorxaqlıq deyil. Bu, anlamayana nəsə sübut etməyin mənasız olduğunu dərk etmək, vaxtını və əsəblərini qorumaq, daha böyük məqsədlərə fokuslanmaqdır.
● Ancaq ictimai mühitdə yanaşma fərqli olmalıdır. Böyük bir iş kollektivində, qonşuluqda və ya ictimai məkanda bu cür insanlar sağlam münasibətlərə ciddi zərər vurur. İctimai qınaq olmadıqda, belələri üçün münbit şərait yaranır. Belə hallarda kiminsə qabağa çıxmasını gözləmədən kollektiv birgə, qətiyyətli mövqe ortaya qoymalıdır.
● Səbirli olmaq həmişə dözmək, mütilik demək deyil. Təmkinli olmaq vəziyyəti düzgün dəyərləndirmək, doğru məqamda ağıllı qərar vermək üçündür.

ODUR Kİ,
Ləyaqətlə yaşayan, ədaləti üstün tutan, fədakarlıqla və zövqlə çalışan insanlar bu yolda əzmlə davam etməlidirlər - həm də təbəssümlə.
Əmin olun ki, layiq olduğunuz dəyər, hörmət və qiymət gec-tez kölgəniz kimi həmişə sizinlə olacaq.
Yaşından asılı olmayaraq hər bir insan, xüsusən gənclərimiz bu ruhda, bu xarakterdə formalaşaraq yollarına inamla davam etməlidirlər.
Hamıya sağlamlıq və uğurlar arzulayıram!

Vahid Tağıyev
Təcrübəli, peşəkar təhsil işçisi.

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər