Professor, Dilqəm Quliyev "Qərbi Azərbaycanın idman tarixi” monoqrafiyası ilə bağlı Prezident İlham Əliyevə məktub yazıb


Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin üzvü, pedaqogika üzrə elmlər doktoru, professor, Dilqəm Quliyev Prezident Cənab İlham Əliyevə məktub yazıb. Məktubda D.Quliyev Ali Baş Komandana “Qərbi Azərbaycanın idman tarixi” adlı monoqrafiyanın Şərqi Zəngəzurda monoqrafiyanın təqdimatının keçirilməsinə göstəriş verməsini xahiş edib.

Məktubun ixtisar edilmiş formasını təqdim edirik:


Azərbaycan Respublikasının Prezidenti

cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident! Müzəffər Ali Baş Komandan!

Əvvəla şəxsən öz adımdan və bütün ailə üzvlərim adından Sizi, qüdrətli Ordumuzu, xalqımızı və Sizin ən yaxın silahdaşınız olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanı Zəfər günü münasibətilə ürəkdən təbrik edirəm. Bu, bir tarixdir. Sizin rəhbərliyinizlə şanlı Azərbaycan Ordusu tarix yazdı. Qarabağın işğaldan azad olunmuş hər yerində, hər bir kəndində, həmçinin Şuşada Azərbaycanın üçrəngli bayrağı dalğalanır.
Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm.

Möhtərəm cənab Prezident!

Siz bu xalqın ürəyindən bu iki əsrlik qara ləkəni tamamilə sildiniz. Qazanılan qələbələr təkcə silahın gücü ilə deyil, eyni zamanda Sizin uzaqgörən diplomatiyanızın, dünyada yüksək nüfuzunuzun məntiqi nəticəsidir.

Möhtərəm cənab Prezident!

Siz dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə keçirdiyiniz görüşdə dediyiniz kimi: "İnşallah! O gün gələcək. Necə ki 2020-ci ildə torpaqlarımızın işğaldan azad edildiyi gün gəldi. O günün yaxınlaşması üçün hər birimiz Qərbi Azərbaycan İcmasına əlimizdən gələn köməyi əsirgəməməliyik”.
Bu zərurətin mahiyyətini dərindən dərk edərək, Azərbaycan Milli Ensiklopediyasının bədən tərbiyəsi və idman bölməsi məqalələrinin müəllifi kimi, mən (D.Q.) ölkə Prezidenti İlham Əliyevin “Qərbi Azərbaycana qayıdış çağırışı”nı rəhbər tutaraq müvafiq sənədlərə və mənbələrə istinad edərək "Qərbi Azərbaycanın idman tarixi” adlı monoqrafiyanı yazdım və çap etdirdim.
Monoqrafiyanı yazmaqda əsas məqsəd elmi-publisistik müstəvidə ilk dəfə geniş şəkildə tədqiq olunan Qərbi Azərbaycanın idman salnaməsində xalqın yaddaşında yaşayan idman xadimləri və idmançılarımızın zəngin irsi araşdırılır və faktlarla oxucuya təqdim olunur.
Bu monoqrafiya Qərbi Azərbaycan idman tarixini belə geniş əhatə edən ilk nəşrdir. Monoqrafiya İdman Akademiyasının Elmi şurasının 14 iyul 2023-cü il tarixli iclasında (protokol № 13) müzakirə edilərək bəyənilmiş və nəşri məqsədəuyğun sayılıb.

Möhtərəm cənab Prezident!

“Qərbi Azərbaycanın idman tarixi” adlı kitabın təqdimatının Şərqi Zəngəzurda keçirilməsinə göstəriş verməyinizi Sizdən xahiş edirəm.

Dərin hörmət və ehtiramla,

Dilqəm Quliyev,
Türk Ağsaqqalları Arasında Əlaqələrin
İnkişafı İctimai Birliyinin üzvü,
pedaqogika üzrə elmlər doktoru, professor.

Son xəbərlər

Professor Dilqəm Quliyevin Azadlıq və Zəfər Salnaməsi

Sumqayıtda “Əsrin müqaviləsindən – Suverenliyə” mövzusunda elmi-praktik konfrans keçirilib

Sumqayıtda “PeşəFest-2026” tədbiri keçirilib

Dilqəm Quliyev: Bəşər tarixində ümumi xalqın bir arzusu olub- Azadlıq!

Tahir Mirkişili:Türk dünyası Azərbaycana strateji dərinlik, Qafqaz regional çəki, İslam dünyası iqtisadi-siyasi imkanlar verir

Tahir Mirkişili Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib

Azərbaycanın Qarabağ siyasəti: sülh, quruculuq və iqtisadi inkişaf - ŞƏRH

Abşeronda Bilik Günü münasibətilə tədbirlər keçirilib

Hərbi qələbədən böyük quruculuğa: azad Qarabağ inkişaf məkanına çevrilir

Ferhat Pirinççi: Bakı Türk dünyası baxımından unikal və mühüm mərkəzdir

Burhanettin Duran: Türk dünyası güclü koordinasiya ilə hərəkət etməlidir

Tahir Mirkişili Bilik Günü münasibətilə təbrik paylaşımı edib

Pezeşkian Azərbaycanın müstəqilliyi ilə bağlı kitabı öpdü və "mütləq oxuyacam" dedi

UNEC-də “İqtisadi dinamikanın əsasları” dərsliyinin təqdimatı keçirilib

10 İLDƏN SONRA DÖVLƏT HƏR KƏSƏ YÜKSƏK GƏLİR ÖDƏMƏLİ OLACAQMI?

GENDER məsələsi, yoxsa İQTİSADİ data çatışmazlığı?

AQSİA üzvləri AYLA Plastik MMC-nin fəaliyyəti ilə tanış olublar

TƏHSİLDƏ SÜNİ İNTELLEKDƏN İSTİFADƏNİ TƏNZİMLƏMƏK MÜMKÜNDÜRMÜ?

QHT-lərin rəqəmsal dayanıqlılığı və kibertəhlükəsizliyi “NGO Tech Talks” sessiyasında müzakirə olunub

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Zəfər Nəğməsi

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

Bütün xəbərlər