Sabirabadda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu”mövzusunda tədbir keçirilib


Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu” layihəsi çərçivəsində Sabirabad rayonunda maarifləndirici tədbir təşkil edib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ceyran Xəlilov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin sədri və layihə rəhbəri Zamin Zeynal, Prezident təqaüdçüsü, şair-publisist, “Ədəbiyyat” qəzetinin şöbə redaktoru, Azərbaycan Yazıçılar Birliyinin Aran Bölməsinin sədri, eyni zamanda Birliyin İdarə Heyətinin üzvü Sərvaz Hüseynoğlu, rayonun ictimai fəalları, uşaq və gənclər iştirak ediblər.
Çıxış edənlər müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafının gənc nəslin həyatına mühüm təsir göstərdiyini qeyd edərək, internet resurslarından düzgün və təhlükəsiz istifadənin vacibliyinə diqqət çəkiblər. Bildirilib ki, rəqəmsal mühitdə uşaq və gənclərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, onların dezinformasiyadan qorunması, kiberməkanın yaratdığı risklər barədə məlumatlandırılması və sağlam internet davranışlarının formalaşdırılması cəmiyyət üçün prioritet məsələlərdəndir.
Layihə rəhbəri, MİRİİB sədri Zamin Zeynal çıxışında göstərilən maliyyə və institusional dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə təşəkkürünü bildirib. O qeyd edib ki, layihənin əsas məqsədi uşaq və gənclərdə internetdən məsuliyyətli, məqsədyönlü və təhlükəsiz istifadə vərdişlərinin formalaşdırılması, eyni zamanda milli və mənəvi dəyərlərin rəqəmsal mühitdə təbliği vasitəsilə onların mənəvi inkişafına töhfə verməkdir.
Zamin Zeynal vurğulayıb ki, informasiya cəmiyyətinin sürətlə inkişaf etdiyi müasir dövrdə uşaqların və gənclərin internet resurslarından faydalı məqsədlərlə istifadə etmələri, sosial şəbəkələrdə yayılan məlumatlara tənqidi yanaşmaları və milli maraqlara uyğun məzmunun təşviqinə üstünlük vermələri xüsusi əhəmiyyət daşıyır. O, həmçinin valideynlərin övladlarının rəqəmsal fəaliyyətinə diqqət yetirmələrinin, müəllimlərin isə valideynlərlə sıx əməkdaşlıq şəraitində maarifləndirici fəaliyyət aparmalarının vacibliyini qeyd edib.
Tədbir zamanı iştirakçılarla internet təhlükəsizliyi, sosial şəbəkələrdə etik davranış qaydaları, dezinformasiyanın yaratdığı risklər, rəqəmsal savadlılığın artırılması və milli-mənəvi dəyərlərin təbliği istiqamətində geniş fikir mübadiləsi aparılıb. Gəncləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr təşkil olunub.
Çıxışlarda qeyd olunub ki, layihənin uğurla icrası nəticəsində cəmiyyətin müxtəlif təbəqələrində davranış və sosial təcrübə dəyişikliklərinin formalaşması gözlənilir. Layihə çərçivəsində uşaqlarda rəqəmsal məsuliyyət hissinin, gənclərdə milli dəyərlərə əsaslanan internet davranışlarının, valideynlərdə isə nəzarət və maarifləndirmə bacarıqlarının inkişaf etdirilməsi əsas hədəflərdən biridir.
Layihəni həyata keçirməkdə əsas məqsəd rəqəmsal dövrdə uşaq və gənclərin sağlam informasiya mühitində formalaşmasına, onların milli-mənəvi dəyərlərə bağlı, məsuliyyətli və vətənpərvər vətəndaşlar kimi yetişməsinə dəstək verməkdir.
Qeyd edək ki, “Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu” layihəsinin icrası 01 may 2026-cı il tarixindən 31 iyul 2026-cı il tarixinədək davam edəcək.
Layihə çərçivəsində Abşeron və Sabirabad rayonlarında tədbirlərin, ictimai müzakirələrin keçirilməsi nəzərdə tutulub.











Son xəbərlər

Fazil Məmmədov nazir müavini təyin olundu

“Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb” - Misir Mərdanov

Gənclər milli sənət nümunəsini yaşadan və inkişaf etdirən iştirakçı olmalıdır - AÇIQLAMA

VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Mahirə Əsədova: Prezidentin müəyyən etdiyi sosial-iqtisadi hədəflər sahibkarlıq üçün yeni imkanlar yaradır

Ulu Öndərin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi

ÜRƏKLƏRİ BİR, HƏDƏFLƏRİ ZİRVƏ OLAN İKİ QARDAŞ ÖLKƏ

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

ANS-in keçmiş işçisinə yüksək vəzifə verildi -YENİLƏNDİ

Hüseynova Sevinc: VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

YAP VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır

VIII Qurultay: Zəfərdən sonra Azərbaycanın teni strateji hədəfləri

VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi

Tahir Mirkişili: Azərbaycanın iqtisadi siyasətində əsas hədəf maliyyə dayanıqlığını real iqtisadi artıma çevirməkdir

Deputat Azər Badamov Qusarda növbəti vətəndaş qəbulu keçirib

Azər Badamov: 3 Oktiyabrda xalqımız Heydər Əliyevə göstərdiyi etimadla ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirdi

Könül Nurullayeva: "Süni intellekt və pilotsuz sistemlər Azərbaycanın müdafiə imkanlarının inkişafında mühüm rol oynayır"

Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - FOTO

Rusiya Hindistana nota verdi

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Professor Mahirə Hüseynovanın "Geniş təfəkkürün ensiklopedik elmi baxışları"-YAZI

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay