Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI


""Sea Breeze" ərazisində yerləşən akvaparkda baş verən faciəvi hadisə nəticəsində bir uşaq həyatını itirib.
Şəxsən öz adımdan və bütün "Sea Breeze" komandasının adından ailəyə ən dərin və səmimi başsağlığımı çatdırıram. Belə bir məqamda valideynlərin və yaxınlarının yaşadığı ağrını yüngülləşdirə biləcək söz yoxdur".


Modern.az xəbər verir ki, bu barədə "Sea Breeze" kompleksinin sahibi, iş adamı Emin Ağalarov özünün sosial şəbəkə hesabında yaydığı açıqlamada bildirib.

O deyib:

"Hazırda hadisənin bütün təfərrüatlarının, o cümlədən uşağın hovuzun texniki zonasına, hasarın arxasında su nasoslarının işlədiyi əraziyə necə düşməsinin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Biz öz tərəfimizdən istintaqa hərtərəfli dəstək göstəririk.

Uşaqların və böyüklərin təhlükəsizliyi "Sea Breeze" üçün hər zaman qeyd-şərtsiz prioritet və öhdəlik olub və olaraq qalır. Kurortun bütün əraziləri və obyektləri mütəmadi olaraq Fövqəladə Hallar Nazirliyi və aidiyyəti xidmətlər tərəfindən yoxlanılır. Akvapark üçüncü mövsümdür fəaliyyət göstərir və bu müddət ərzində 350 mindən çox qonaq qəbul edib.

Baş verən hadisə ilə əlaqədar bütün təhlükəsizlik tədbirləri əlavə olaraq yenidən yoxlanılacaq və gücləndiriləcək.

"Sea Breeze" komandası və şəxsən mən ailəyə bütün zəruri dəstəyi və yardımı göstərəcəyik".

Xatırladaq ki, hadisə ötən gün baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea breeze” istirahət mərkəzində hovuzda uşağın ayağının su nasosunda sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub. Lakin xilasedicilər, habelə təcili tibbi yardım briqadası tərəfindən görülən operativ tədbirlərə, o cümlədən reanimatoloji müdaxilələrə baxmayaraq, 2022-ci il təvəllüdlü Abdullayev Akif Cavid oğlunun həyatını xilas etmək mümkün olmayıb.


Son xəbərlər

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Mahirə Əsədova: Prezidentin müəyyən etdiyi sosial-iqtisadi hədəflər sahibkarlıq üçün yeni imkanlar yaradır

Ulu Öndərin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi

ÜRƏKLƏRİ BİR, HƏDƏFLƏRİ ZİRVƏ OLAN İKİ QARDAŞ ÖLKƏ

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

ANS-in keçmiş işçisinə yüksək vəzifə verildi -YENİLƏNDİ

Hüseynova Sevinc: VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

YAP VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır

VIII Qurultay: Zəfərdən sonra Azərbaycanın teni strateji hədəfləri

VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi

Tahir Mirkişili: Azərbaycanın iqtisadi siyasətində əsas hədəf maliyyə dayanıqlığını real iqtisadi artıma çevirməkdir

Deputat Azər Badamov Qusarda növbəti vətəndaş qəbulu keçirib

Azər Badamov: 3 Oktiyabrda xalqımız Heydər Əliyevə göstərdiyi etimadla ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirdi

Könül Nurullayeva: "Süni intellekt və pilotsuz sistemlər Azərbaycanın müdafiə imkanlarının inkişafında mühüm rol oynayır"

Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - FOTO

Rusiya Hindistana nota verdi

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Professor Mahirə Hüseynovanın "Geniş təfəkkürün ensiklopedik elmi baxışları"-YAZI

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

Pərvin Kərimzadə YAP İdarə Heyətinin üzvü seçilib

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Tahir Mirkişili: YAP yeni dövrün çağırışlarına uyğun olaraq öz siyasi missiyasını inamla davam etdirir

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay