
Gündəm / Sosial / Hadisə / Bölgə
2.10.2026, 22:18
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Salyan və Saatlı rayonlarında ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Millixeber.az xəbər verir ki, xidmətdən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı Salyanın Sarvan və Saatlının Sarıcalar kəndləri ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 47 min 540 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













