Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı ölkəmizin keçdiyi şərəfli yolun, əldə olunan tarixi Zəfərlərin və qarşıda duran strateji vəzifələrin aydın siyasi konsepsiyasını ortaya qoydu. Bu qurultayın ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası ilk dəfə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi yeni reallıqda qurultay keçirir. Bu, sadəcə olaraq, siyasi təqvimdə növbəti qurultay deyil. Bu, Zəfərdən sonra Azərbaycanın yeni inkişaf mərhələsinə keçidinin siyasi ifadəsidir.

Prezident İlham Əliyevin çıxışında bir daha aydın şəkildə göstərildi ki, Azərbaycanın bugünkü uğurlarının təməlində Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və siyasi irsi dayanır. Yeni Azərbaycan Partiyasının yaradılması da məhz ölkəmizin ən ağır dövründə xalqın dövlətçilik iradəsinin və Heydər Əliyev siyasi kursuna inamının ifadəsi idi.

Bu gün həmin siyasi xətt Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, iqtisadi gücünün artırılmasında, beynəlxalq mövqelərinin güclənməsində və nəhayət, ərazi bütövlüyünün və suverenliyinin bərpasında öz tarixi nəticəsini göstərib. 2020-ci ilin Zəfəri və 2023-cü ilin sentyabrında suverenliyimizin tam bərpası Azərbaycan dövlətçiliyinin ən böyük nailiyyətlərindəndir. Bu Zəfərlər Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün, ordumuzun qüdrətinin və siyasi iradəmizin nəticəsidir.

Prezidentin çıxışının mühüm mesajlarından biri də budur ki, əldə etdiyimiz Zəfər yeni məsuliyyətlərin başlanğıcıdır. Bu gün qarşımızda duran əsas vəzifələr dövlətimizin təhlükəsizliyini daha da möhkəmləndirmək, hərbi gücümüzü artırmaq, iqtisadi müstəqilliyimizi qorumaq, insan kapitalını inkişaf etdirmək və Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirməkdir.

Xüsusilə ideoloji təhlükəsizlik məsələsinə diqqət yetirilməsi dövrün reallıqları baxımından mühüm əhəmiyyət daşıyır. Müasir dünyada informasiya məkanı dövlətlərin milli təhlükəsizliyinin mühüm komponentinə çevrilib. Buna görə də Azərbaycan həqiqətlərinin dünyaya və öz cəmiyyətimizə, xüsusilə gənc nəslə düzgün çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunması və vətənpərvərlik ruhunun gücləndirilməsi mühüm vəzifədir. Bu baxımdan Yeni Azərbaycan Partiyasının qarşısında da yeni vəzifələr dayanır. Partiyanın ideoloji işi müasir dövrün çağırışlarına uyğun qurulmalı, formal yanaşmalar deyil, cəmiyyətə real təsir göstərən, gənclərlə işləyən, müasir kommunikasiya imkanlarından istifadə edən yeni siyasi və ictimai fəaliyyət modeli ön plana çəkilməlidir.

Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri isə milli maraqlara əsaslanan müstəqil və çoxşaxəli siyasətdir. Bu gün ölkəmizin müxtəlif siyasi və iqtisadi mərkəzlərlə qarşılıqlı hörmət və etimad əsasında əməkdaşlıq qurması Azərbaycanın beynəlxalq nüfuzunun mühüm göstəricisidir. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın Zəfərdən sonra qarşısına qoyduğu ən mühüm vəzifələrdəndir. Böyük Qayıdış artıq yalnız strateji məqsəd deyil, real nəticələri görünən tarixi prosesdir.

VIII Qurultayın əsas siyasi mesajını bir cümlə ilə belə ifadə etmək olar: Azərbaycan Zəfər qazandığı mərhələdən gücünü daha da artıran, inkişafını sürətləndirən və gələcəyə daha böyük hədəflərlə gedən mərhələyə daxil olur.

Yeni Azərbaycan Partiyası bu tarixi prosesin mühüm siyasi dayaqlarından biridir. Partiyanın hər bir üzvünün və fəalının əsas vəzifəsi Azərbaycanın əldə etdiyi nailiyyətləri qorumaq, dövlətçilik dəyərlərini yaşatmaq və Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsinə öz töhfəsini verməkdir.

VIII Qurultay bu baxımdan həm keçmişə verilən yüksək siyasi qiymət, həm də gələcəyə yönəlmiş yeni fəaliyyət proqramıdır. Azərbaycanın Zəfəri artıq tariximizdir. İndi əsas vəzifəmiz həmin Zəfəri davamlı inkişaf, güclü dövlət və yüksək rifah ilə möhkəmləndirməkdir.


Sevinc Hüseynova

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı

Son xəbərlər

İlqar Ağabəyov: Prezident İlham Əliyevin VIII Qurultayda çıxışı Azərbaycanın qarşıdakı inkişaf prioritetlərini müəyyənləşdirir

Fazil Məmmədov nazir müavini təyin olundu

“Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb” - Misir Mərdanov

Gənclər milli sənət nümunəsini yaşadan və inkişaf etdirən iştirakçı olmalıdır - AÇIQLAMA

VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Mahirə Əsədova: Prezidentin müəyyən etdiyi sosial-iqtisadi hədəflər sahibkarlıq üçün yeni imkanlar yaradır

Ulu Öndərin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi

ÜRƏKLƏRİ BİR, HƏDƏFLƏRİ ZİRVƏ OLAN İKİ QARDAŞ ÖLKƏ

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

ANS-in keçmiş işçisinə yüksək vəzifə verildi -YENİLƏNDİ

Hüseynova Sevinc: VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

YAP VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır

VIII Qurultay: Zəfərdən sonra Azərbaycanın teni strateji hədəfləri

VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi

Tahir Mirkişili: Azərbaycanın iqtisadi siyasətində əsas hədəf maliyyə dayanıqlığını real iqtisadi artıma çevirməkdir

Deputat Azər Badamov Qusarda növbəti vətəndaş qəbulu keçirib

Azər Badamov: 3 Oktiyabrda xalqımız Heydər Əliyevə göstərdiyi etimadla ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirdi

Könül Nurullayeva: "Süni intellekt və pilotsuz sistemlər Azərbaycanın müdafiə imkanlarının inkişafında mühüm rol oynayır"

Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - FOTO

Rusiya Hindistana nota verdi

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Professor Mahirə Hüseynovanın "Geniş təfəkkürün ensiklopedik elmi baxışları"-YAZI

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay