Gündəm / Sosial / Ölkə / Bölgə
Zəfər Günü münasibətilə Zəngilan Rayon İcra Hakimiyyəti ağacəkmə aksiyası keçirib

08 Noyabr – Zəfər Günü münasibətilə Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq təşkil olunan aksiyada Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatı, RİH başçısı aparatının əməkdaşları, idarə və müəssisə rəhbərləri, eləcə də digər əməkdaşlar iştirak ediblər.
Tədbir çərçivəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ədəd müxtəlif növ ağac əkilib.
Ağacəkmə aksiyasının keçirilməsində məqsəd şəhidlərimizin əziz xatirəsini yad etmək, ətraf mühitin mühafizəsinə töhfə vermək və gələcək nəsillərə daha yaşıl, sağlam mühit bəxş etməkdir.



