Siyasət / Hadisə

Fəzail Ağamalı Ankarada vəfat etdi

09.02.2026 20:11 227
Fəzail Ağamalı Ankarada vəfat etdi


Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı Türkiyənin paytaxtı Ankarada vəfat edib.

Millixəbər.az xəbər verir ki, bu barədə Teleqraf-a mərhumun yaxınları məlumat veriblər.

F.Ağamalı müalicə üçün Türkiyəyə üz tutub.

O, uzun sürən xəstəlikdən sonra bu gün 78 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Mərhumun nəşi yaxın günlərdə Bakıya göndəriləcək.

Qeyd edək ki, F.Ağamalı Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub.