Müəllimlərin işə qəbulu imtahanında əvvəlki illərlə müqayisədə ibtidai sinif üzrə vakant yerlərin sayı daha çoxdur
Millixəbər.az xəbər verir ki bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bu gün jurnalistlərə açıqlamasında deyib.
"Sertifikasiyadan sonra ümumilikdə 4300-dən çox müəllim işdən çıxarılıb. Ölkə üzrə hazırda ehtiyac olunandan daha çox müəllim ümumi təhsil müəssisələrində çalışır.
Buna görə də işdən çıxarılan hər müəllimin yerinə başqa təhsilverən götürülməyəcək.
Məktəbdə fəaliyyət göstərən aidiyyatı fənn müəllimlərinin dərs saatları artırılacaq.
Müəllimlərin işə qəbulu imtahanında ibtidai sinif və Azərbaycan dili fənni üzrə vakansiyaların sayı ötən illə müqayisədə daha çoxdur.
Belə ki, bu il ibtidai sinif üzrə ümumilikdə 712 vakansiya, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə isə 563 vakansiya təqdim olunub".
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.