Aktual

7 ay əvvəl dənizdə boğulduğu ehtimal edilən skripkaçı SAĞ TAPILDI

15.05.2025 19:12 405
Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan Kənan Qurbanlı tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata gorə, itkin kimi axtarışı elan olunan 1997-ci il təvəllüdlü Kənan Vaqif oğlu Qurbanlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tapılıb.

Bu barədə həmin şəxsin ailəsi məlumatlandırılıb.

Qeyd edək ki, onun dənizdə boğulması ehtimal edilirdi. Skripkaçı olan Kənanın həmin vaxtdan harada olması barədə hələlik məlumat verilməyib.