
Cəmiyyət
15.05.2025, 19:12
7 ay əvvəl dənizdə boğulduğu ehtimal edilən skripkaçı SAĞ TAPILDI
Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan Kənan Qurbanlı tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən millixeber.az-a verilən məlumata gorə, itkin kimi axtarışı elan olunan 1997-ci il təvəllüdlü Kənan Vaqif oğlu Qurbanlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tapılıb.
Bu barədə həmin şəxsin ailəsi məlumatlandırılıb.
Qeyd edək ki, onun dənizdə boğulması ehtimal edilirdi. Skripkaçı olan Kənanın həmin vaxtdan harada olması barədə hələlik məlumat verilməyib.
Son xəbərlər
Rusiya ordusu Donetsk vilayətində daha bir yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
Dünya
14.05.2025
ŞAD XƏBƏR - Azad edilmiş rayonların daha səkkizinə maşınınızla gedə biləcəksiniz
Cəmiyyət
14.05.2025
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay