Müğənni Roza Zərgərli Əməkdar artist Elza Seyidcahanla kadrarxasında yaşanan davasından danışıb.
Millixəbər.az ölkə.az-a istinadən xəbər verir ki, bununla bağlı o, “Sözün düzü” layihəsində danışıb.
Roza bildirib ki, 8 Mart beynəlxalq qadınlar günündə Elzanı təbrik etsə də, xoşagəlməz cavab alıb:
“Dedim ki, bayramdır, etibarsız dünyadır, pandemiya da hamımıza dərs oldu. Yanımda da şahidlər var, həmin müğənnilərdən soruşa bilərsiniz. Dedim ki, Elza xanım sizi də, bacınızı da, nəvənizi də təbrik edirəm. Çılpaqlığı ilə desəm, biabırçılıq olacaq.
Qayıtdı ki, mənimlə barışmaq istəyirsən? Dedi ki, öp əlimdən, barışaq. Oradakı çaydanı necə götürüb atdımsa…
Allah üzümə baxdı ki, ona dəymədi. Çaydanı qaldırdım, Namiq əlimdən tutdu. Onda gözümü qan örtmüşdü. Şoka düşdüm. Bu adam nəvəsini yuxarı qaldırdı ki, çaydan uşağa dəysin.
Oradakı sənət adamlarından soruşa bilərsiniz. Nə yalan deyim, söyüşlə danışdım. Qadın kimi, öz bayramımda səni qadın bilib xüsusi təbrik edirəm. Fikirləşirəm ki, bu soyuqluq burda bitsin. Çünki mənim nə bədənimi, nə sənətimi müzakirə edəcən insansan. Sən Allahı müzakirə edə bilməzsən. Din mövzularına girə bilməzsən. Dinlə məşğul olan insanlar hara baxırlar? Bunun qarşısını niyə almırlar? Necə “Allah mənə dedi ki” deyə bilir?
Sən Allahın adını necə bu formasa ağzına ala bilərsən? “Ağzını aç, tüpürüm, tüpürcəyim baldır”, - deyir. Sənin üzünə bal damızdırmaq lazımdır. Deputat olurdun, nə oldu? İlhamə necə qarğayıbsa, tərpənə bilmirsən. O dünyada səni gözləyir. Onun böyüklüyü onda olardı ki, neçə il boş yerə atışdıq.
O sözün qarşısında nə deyə bilərdim?
İlhamə hamınıza əlini öpüzdürüb. Sonra "yuma-silmə" məsələsində də yaxşısan. İndi səni biabır etmirəm. Kamera arxasında danışacam. Yuyucu qüvvəsən”./olay
“Elza dedi ki, əlimi öp, barışaq” - Roza Zərgərli
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.