Türkiyə Respublikasında baş verən zəlzələ nəticəsində həlak olan, xəsarət alan və zərər çəkənlərlə bağlı dərin hüznlə kədərləndiyimizi bildiririk.

BAȘIN SAĞ OLSUN, QARDAŞ TÜRKiYƏ

Qardaş Türkiyəyə yardıma dövlətimizlə yanaşı vətəndaşlar, vəzifəli şəxslər və iş adamları da qoşulub. İlk edilən yardımlardan biri də YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov edib. Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan, kimi döşək, kimi gödəkcə gətirir, kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Məhəmməd Balaqadaşov Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna maddi yardım göndərib.

Məhəmməd Balaqadaşov 44 günlük Vətən müharibəsində də istər orduya, hərbçilərimizə, istər şəhid ailələri və qazilərə etdiyi yardımları ilə xatırlanır.

“Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir”

YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov - Fevralın 6-da Türkiyə və Suriyada baş vermiş 7,8 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı ümumilikdə 41 mini keçib. Türkiyədə baş vermis zəlzələ qurbanlarının və dağıntılarının sayı Osmanlı tarixindən sonra ən ölümcül təbii fəlakətə çevirir ki, bu da 1999-cu ildə 17 min insanın ölümünə səbəb olan əvvəlki zəlzələ fəlakətindən iki dəfə çoxdur.

Son günlər sağ qalanları tapmaq şansı azalsa da, axtarış xilasedənlərin eləcə də zəlzələ nəticəsində doğmalarını itirmiş insanların ümidləri kəsilmir. Belə ki, son xilasetmə əməliyyatı nəticəsində axtarışların 260-cı saatında Antakyanın mərkəzində 14 yaşlı Osman adlı yeniyetmə güclü səylərdən sonra yaşadığı binanın xarabalıqları altından çıxarılıb.

Hər iki ölkənin bir çox şəhər və kəndlərində xilasedicilər hələ də sağ qalanlara kömək etməyə çalışırlar, lakin hər keçən saat onların şaxtalı soyuqda, dağıntılar altında sağ qalmaq şanslarını daha da azaldır. Buna görə də Türkiyənin bəzi bölgələrində əməliyyatlar dayandırıb. Bu gün dünyanın hər bir tərəfindən Türkiyəyə yardımlar göndərilir, müxtəlif ölkələrin xilasediciləri 10 gündən artıqdır ki, axtarış işlərini davam etdirirlər. Yardımlara təkcə ölkələr deyil eləcə də sadə vətəndaşlar da qoşulur. Son günlərdə zərər çəkənlərə yardım üçün Türkiyə vətəndaşlarından mediada ianə müraciəti üçün böyük bir kampaniya başladılmış və TRT-nin məlumatına görə, 115 milyard türk lirəsindən çox, yəni 6 milyard avroya yaxın vəsait toplanılmışdır.

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Guterres cümə axşamı günü viran qalmış iki ölkəyə qarşıdakı üç ayda kömək etmək üçün bir milyard dollar toplamaq üçün beynəlxalq yardım çağırışı başlatmışdır. O, beynəlxalq ictimaiyyəti dövrümüzün ən böyük təbii fəlakətlərindən birinin törətdiyi qurbanlara kömək üçün insanları yardıma çağırmış və Türkiyə hər zaman dünyada ən çox qaçqına ev sahibliyi etməsini eləcə də hədsiz səxavət göstərməsini qeyd etmişdir. Eyni zamanda, dünyanın ikinci ən böyük polad qrupu olan ArcelorMittal, Sərhədsiz Həkimlər və Fəlakətlər Təcili Yardım Komitəsi humanitar təşkilatlar vasitəsilə Türkiyə və Suriyada zərər çəkmiş insanlara kömək etmək üçün 5 milyon dollar ianə etdiyini açıqlamışdır.

Fevralın 6-sı qardaş Türkiyədə baş vermis zəlzələ bütün Azərbaycanı da sarsıtmış, soydaşlarımız zəlzələ baş verdiyi andan Türkiyədəki qardaşlarımıza hər vasitə ilə dəstək vermək üçün əllərindən gələni etməyə tələsmişlər. İlk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlamış və bildirmişdir ki,: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”. Eyni zamanda dövlət başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Eyni zamanda, zəlzələ baş verdiyi gün Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon zəngi etmiş və Türkiyədə baş vermiş zəlzələ nəticəsində ölkəmizin çox sarsıldığını və ölkəmizin Türkiyənin bu dərdinə şərik çıxdığını eləcə də, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu vurğulamışdır. Faciənin ikinci günündə Azərbaycan Prezidenti Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olmuş və baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı vermis və çıxış etmişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da zəlzələ ilə əlaqədar dərin kədər hissi keçirdiyi və faciə nəticəsində həlak olanlara rəhmət onların doğmalarına və yaxınlarına isə dərin hüznlə başsağlığı vermis, uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləmişdi.

Ümumillikdə, zəlzələ baş verdiyi saatdan Azərbaycan hər zaman olduğu kimi, qardaş Türkiyənin yanında olmuş, öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirmiş və sona qədər də edəcəkdir. Azərbaycan xalqı təkcə dövlət qurumları çərçivəsində deyil istər ictimai təşkilatlar istərsə də özəl sector və sadə vətəndaşlar tərəfindən yardım kompaniyasına qoşulmuş və əllərindən gələn heç bir şeyi əsirgəməmişlər. Zəlzələ baş verdiyi vaxtdan iki gün ərzində Fövqəladə Hallar Nazirliyinin 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir. Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı 13 ədəd xüsusi təyinatlı nəqliyyatı vasitəsilə qardaş ölkəyə yola salınıb. Humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir. 9 fevral tarixində Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə Qaziantep hava limanına yola düşüb. Eyni zamanda faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib.

Baş vermiş zəlzələ bir daha göstərdi ki, Azərbaycan və Türkiyə qardaşlığı əbədidir və ölkələrimiz həm sevincini, həm kədərini bir yerdə paylaşır və hər zaman bir yerdədir.

Son xəbərlər

Azərbaycan milli mətbuatı: "Əkinçi"dən rəqəmsal mediaya uzanan yol

Milli Mətbuat Günü: Azərbaycan İdman Akademiyasının media fəaliyyətinin inkişaf yolu”

Qələmdən rəqəmsal mediaya: Azərbaycan mətbuatının inkişaf yolu

2026 Dünya Çempionatının ən böyük yeniliyi – AĞILLI TOP

Tahir Mirkişili: Demoqrafik böhran artıq iqtisadi təhlükəsizlik məsələsinə çevrilib

Tahir Mirkişili deputat həmkarları ilə şəhidlərin xatirəsini ehtiramla yad edib

IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal gündəlikdə artan rolu

Güclü dövlət təkcə öz sərhədlərini deyil, həm də regionun gələcəyini formalaşdırır

IV Şuşa Qlobal Media Forumu: Sülh, həqiqət və məsuliyyətli medianın mesajları

Tahir Mirkişili Sumqayıtda vətəndaşlarla növbəti görüşünü keçirib

Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib

"Zəfər tarixi yazmış şanlı Milli Ordumuz” adlı tədbir keçirildi

26 İyun – Silahlı Qüvvələr Günü: Müzəffər Ordumuz Azərbaycanın gücünün və milli birliyinin rəmzidir

Sumqayıtda Peşə Təhsil Mərkəzlərinin məzunları ilə Tahir Mirkişilinin görüş keçirilib

Sabirabadda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu”mövzusunda tədbir keçirilib

Azərbayacn Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Silahlı Qüvvələr Günü münasibətilə Müzəffər Ali Baş Komandan İlham Əliyevi təbrik edib

"Müasir İnternet Resurslarının İnkişafı” İB-i yeni layihənin icrasına başlayıb

Milli Qurtuluş Günü: Müasir Azərbaycan dövlətçiliyinin və böyük zəfərin başlanğıc nöqtəsi

Müstəqilliyimizin və inkişafımızın sarsılmaz təməli: 15 İyun – Milli Qurtuluş Günü!

Milli Qurtuluş Günü: Müasir Azərbaycanın tarixi, siyasi və iqtisadi intibahının başlanğıc nöqtəsidir

İlqar Ağabəyov: Milli Qurtuluş Günü: Dövlətçilik tariximizin şanlı səhifəsidir

Ağalı kəndində “Milli Qurtuluşdan Böyük Qayıdışa” mövzusunda tədbir keçirilib

Tahir Mirkişili:"Əsas məsələ artımın sürəti deyil, onun mənbəyi və keyfiyyətidir"

Millət vəkili Tahir Mirkişili Sumqayıtda vətəndaşlarla görüşüb

Millət vəkili Tahir Mirkişili Sumqayıtda vətəndaşlarla görüşüb

ABŞ və İran bir-birinə qarşılıqlı zərbələr endirdilər

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Azərbaycanda ən çox və ən az olan heyvanlar

"Soyqırımı və deportasiya qurbanlarına dəstək” layihəsinin icrası ilə bağlı görüş keçirilib

Tahir Mirkişili: Azərbaycanın “Enerji Keçidi” Siyasəti: Paralel İnkişaf Modeli

Gənclər Təşkilatlarının Resurs Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi

Pedaqoji Universitetdə veteranlar təşkilatının nümayəndələri ilə görüş keçirilib

Kremldə Putini bu addımdan çəkindirməyə çalışıblar

Bütün xəbərlər