Bakıda sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlər onlara verilən yanacaq (dizel) subsidiyasının fevralın 1-dən kəsilməsinə etiraz edərək, məsələ ilə bağlı baş nazir Əli Əsədova müraciət ünvanlayıblar.

Şirkətlər gedişhaqqının 10 qəpik artırılmasından dərhal sonra subsidiyanın kəsilməsinin onların fəaliyyətinə ciddi çətinliklər yaratdığını bildiriblər. Hələlik Nazirklər Kabinetindən həmin şirkətlərə cavab verilməyib.

Mövzuya münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli Bakupost.az -a açıqlamasında deyib ki, şirkətlər subsidiyaların verilməsi ilə bağlı qərar qəbul edilən zaman onun dayandırılacağı haqda da məlumatlı idilər:

“Tarif Şurası tərəfindən gediş haqqı artırıldı, daha sonra isə subsidiyaların verilməsi dayandırıldı. Hökumət bir müddət sərnişinlərin xərclərini öz üzərinə götürdü, büdcədən maliyyələşdirdi. Amma bunu davamlı etmək mümkün deyil. Ona görə də qiymət artımına gedildi. Dizel subsidiyası isə saxlanıldı”.

Ekspert qeyd edib ki,​ paytaxtda sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət olunmayıb:


“İctimai nəqliyyatdan əhalinin daha çox sosial cəhətdən həssas təbəqələri geniş istifadə edir. ​Qiymət artımı baş verərsə, bu, əhalinin büdcəsinə mənfi təsir göstərəcək. Hesab edirəm ki, qarşıdakı bir il ərzində ictimai nəqliyyatda gediş haqqı artırılmayacaq. Ona görə də bu müraciətin nəyisə dəyişəcəyini düşünmürəm”.​

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, gələn ilin yanvarından sərnişindaşıma qiymətlərində artım olacaq:

“Paytaxtda sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlərin bu müraciəti bir növ qiymət artımına işarədir.​ İlin sonuna kimi bir necə dəfə gedişhaqqının artırılması ilə bağlı xəbərlər olacaq. Böyük ehtimal ki, yanvardan Tarif Şurası qiymətləri artıracaq”.

Ekspert hesab edir ki, müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlər bütün yükü vətəndaşın çiyninə yükləməklə problemləri həll etməyə çalışırlar:

“Fikrimcə, şirkətlərin tez-tez xərclərin yüksək olmasını qiymətlərin artırılması yolu ilə tənzimlənməsi tələbi doğru yanaşma deyil. By ilin yanvarında qiymət artımı baş verib və bunu yenidən tələb etmək mənasızdır".

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər