İlqar Ağabəyov: 15 iyunda Ulu Öndər Heydər Əliyev dövlətçiliyimizi yox olmaq təhlükəsindən xilas edib


15 İyun Milli Qurtuluş Günü Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış bir gündür.

Milli Qurtuluş Günü böyük ictimai-siyasi, tarixi əhəmiyyətə malik bir hadisə olmaqla dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. Bu şanlı səhifəni yaradan isə xalqımızın böyük oğlu ümummilli lider Heydər Əliyev olub. Məhz 15 iyunda Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində dövlətçiliyimiz məhv olmaq, yox olmaq təhlükəsindən xilas edilib. Milli Qurtuluş Gününün fəlsəfəsinə gəldikdə bu, sözün geniş mənasında Azərbaycanın mövcudluğunun, onun XX əsrdə ikinci dəfə əldə etdiyi ən böyük tarixi nailiyyəti olan müstəqilliyinin təmin edilməsi idi.
bu günün dövlətçiliyimiz tarixində yerinin və rolunun əhəmiyyətini daha dərindən anlamaq üçün həmin günlərdə baş verən hadisə və proseslərə nəzər salmaq kifayətdir: “1993-cü ilin iyun ayında ölkəmiz dərin böhran, iqtisadi hərbi-siyasi tənəzzül içərisində parçalanıb məhv olmaq ərəfəsində idi. Siyasi hakimiyyət boşluğu, başıpozuqluq, xaos, anarxiya baş alıb gedirdi. Həmin günlərdə milli tariximizin ən ağır səhifələri yazılırdı. Çünki Azərbaycan xalqı öz dövlət müstəqilliyini bir əsrdə ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.
Ölkənin qabaqcıl ziyalıları böyük fəlakətin yaxınlaşdığını hiss edirdilər. Belə bir vaxtda xalqın sağlam qüvvələrinə arxalanan Qurtuluş Hərəkatı meydana gəldi və sürətlə genişləndi. Bu hərəkat zamanın böyük siyasətçisi Heydər Əliyevin ətrafında formalaşırdı: “1992-ci il oktyabrın 16-da bir qrup qabaqcıl ziyalının Heydər Əliyevin böyük siyasətə qayıtması haqqında müraciəti cavabsız qalmadı. 1992-ci ildə Naxçıvanda YAP-ın yaradılması, Heydər Əliyevin partiyanın sədri seçilməsi, Azərbaycanın düşdüyü hərbi-siyasi, ənənəvi böhrandan çıxarılması istiqamətində atılan ilk və mühüm addımlardan biri oldu. Qısa zaman kəsiyində ölkənin ən nüfuzlu siyasi təşkilatına çevrilən YAP mövcud xaos və özbaşınalıqların və müvəffəqiyyətsizliklərin yeganə alternativinə çevrildi. Heydər Əliyev təkcə YAP-ın deyil, bütöv Azərbaycan xalqının lideri idi. O, öz məsləhətləri ilə xalqı yaxınlaşmaqda olan daha böyük fəlakətlərdən qurtarmaq üçün iqtidara yol göstərməyə çalışırdı. Uzun müddət AXC-Müsavat iqtidarı bu məsləhətlərə məhəl qoymayıb öz səriştəsiz fəaliyyətləri ilə ölkəni parçalanmaq, vətəndaş müharibəsi həddinə gətirdi. Başlanmış bu təhlükəli proseslərin, milli fəlakətin qarşısını almaqda gücsüzlüyünü dərk edən iqtidar son anda kömək üçün Heydər Əliyevə müraciət etdi. Belə bir vəziyyətdə Azərbaycan xalqı da onu vətəni, milləti xilas etməyə Azərbaycanın müstəqilliyini qoruyub saxlamağa dəvət etdi”
1993-cü il iyunun 9-da Azərbaycan xalqının xilaskarı Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. Bakıda 4 gün qaldıqdan sonra iyunun 13-də Heydər Əliyev Gəncəyə S.Hüseynovla görüşməyə, qiyamı yatırmağa getdi. Heydər Əliyev ağıllı, düşünülmüş, siyasi manevrlər edərək Gəncədə danışıqlar aparıb hərbi-müxalifəti neytrallaşdırdı və ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas etdi.
1993-cü ilin iyun ayından etibarən Ulu Öndər ölkədə daxili sabitliyin yaradılması istiqamətində kifayət qədər uğurlu addımlar atdı. Yaranmış böhranlı vəziyyətin nə qədər ağır olduğunu görən Heydər Əliyev xalqı gözlənilən fəlakətdən qurtarmaq üçün mövcud iqtidarla birgə işləməyə razılıq verdi. İyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi. 1994-cü ildə Ermənistanla atəşkəs haqqında saziş imzalandı, ölkənin yeni neft strategiyası hazırlandı, cəmiyyəti vahid məfkurə ətrafında birləşdirdi. 1994-1995-ci illərdə o, ölkədə çevriliş cəhdlərinin qarşısını aldı və ölkədə tam sabitlik yarandı.

İlqar Ağabəyov: Salyan Rayonu Mərkəzi Xəstəxanasının ümumi cərrahiyə şöbəsinin müdiri, YAP fəalı

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər