“19 iyun 2025-ci il tarixində Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi bu tədbir həm siyasi, həm də mənəvi baxımdan son dərəcə önəmli bir hadisə oldu. Kahramanmaraşda salınan “Azərbaycan” məhəlləsi ortaq irsimizdə növbəti bir qardaşlıq abidəsi kimi ucaldı”.

Millixəbər.az musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı və Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva deyib.

O vurğulayıb ki, Azərbaycan xalqı Türkiyədə baş vermiş zəlzələni öz faciəsi kimi qəbul edib:

“2023-cü ilin 6 fevralında Türkiyəni sarsıdan dəhşətli zəlzələnin səsi təkcə Anadolu torpağında deyil, Bakıdan Naxçıvana, Gəncədən Lənkərana qədər hər bir Azərbaycanlının evində eşidildi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqı Türkiyədə baş vermiş zəlzələni öz faciəsi kimi qəbul etdi.

Fəlakətin ilk günlərindən Azərbaycan dövləti dərhal yardım üçün hərəkətə keçdi. Prezident İlham Əliyevin tapşırığı ilə qardaş ölkəyə yardım məqsədilə bütün mövcud imkanlar səfərbər edildi.
Yəni, bu hisslər təkcə sözlə deyil, Azərbaycan dövləti tərəfindən əməllə sübuta yetirildi və yetirilir.

Düşünürəm ki, Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşası, Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərinin geosiyasi çərçivələrdən kənara çıxaraq, mənəvi həmrəylik və qarşılıqlı etimad üzərində qurulduğununsimvolik təzahürüdür”.

G. Əfəndiyeva xatırladıb ki, “Azərbaycan” məhəlləsi təkcə evlərdən ibarət deyil. Burada yaşayış və əmək fəaliyyəti üçün tam infrastrukturlu bir məkan yaradılıb və inşa prosesi davam etdirilir:

“Artıq 1000-dən çox ailə yeni həyata başlayacaq. Ümumilli Lider Heydər Əliyevin adını daşıyan təhsil ocağı Ulu Öndərin unudulmaz ‘Bir millət, iki dövlət’ fəlsəfəsinin yeni nəslin şüuruna kök salmasına töhfə verəcək. Orada fəaliyyət göstərən Mədəniyyət mərkəzi bizim ortaq folklorumuzun, musiqimizin, sazımızın, sözümüzün yaşadılmasına şərait yaradacaq.
Yəni, bu, təkcə bərpa-yenidənqurma və ya sosial dəstək layihəsi deyil, həm də mədəniyyətlərin inteqrasiyası, ortaq yaddaşın yaşadılması üçün əhəmiyyətli bir addımdır.

Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşası, eyni zamanda beynəlxalq müstəvidə təşəbbüs göstərdiyi hər bir işi peşəkarlıqla, məsuliyyətlə və yüksək keyfiyyətlə həyata keçirən Azərbaycan obrazıdır və bir daha deyirəm – qardaşlıq niyyətinin məhsuludur.
Bilirsiniz, bəzən çətinliklər xalqların iradəsini sınağa çəkir, lakin qardaş xalqlar bu sınaqlardan həmrəylik və dostluq ruhunu daha da gücləndirərək çıxmağı çox yaxşı bilirlər.
Əgər biz çətinlikləri birlikdə aşırıqsa, deməli, sabahı da birlikdə qurmağa qadirik”.

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər