"Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin təşkilatçılığı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donor dəstəyi ilə “Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" mövzusunda İmişli raonunda tədbir keçirilib.

Millixəbər.az-ın məlumatına görə, tədbirdə Millət vəkili, partiya sədri Razı Nurullayev, "Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin sədri, “Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" layihəsinin rəhbəri Zamin Zeynal, Azərbaycan Vəkillər Kollegiyasının 38 saylı Vəkil Bürosunun rəhbəri, Azərbaycan Respublikasının Mediasiya şurasının intizam komissiyasının sədr müavini, 22 saylı mediasıya təşkilatının rəhbəri Orxan Mahmudov, ictimai-siyasi xadim Şəhid Vaqif Cəfərovun oğlu, Şuşa ziyalısı Nicat Cəfərov İmişlidə məskunlaşmış Qarabağdan olan soydaşlarımız fəal iştirak edərək çıxış ediblər.

Çıxış edənlər Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" layihəsi ilə bağlı ictimai-siyasi, informasiya cəmiyyəti fəallığının vacibliyinə diqqət çəkərək qeyd ediblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müqəddəs şəhidlərimizin canı, qanı hesabına, Qazilərimizin sağlamlığının itirməsi nəticəsində azad edilmiş doğma Qarabağ qayıdışla bağlı qüdrətli dövlət başçısı, qalib Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq Qarabağda həyata keçirilən tikinti, quruculuq, abadlıq işləri, Qarabağ bölgəsinin dirçəlişinə və daha da yüksəlişinə öz müsbət təsirini göstərir. Bununla yanaşı tarixi,əzəli torpağımız olan bu bölgədə rallaşdırlan İctimai-siyasi, iqtisadi, mədəni əhəmiyyətli tədbirlər yerli və beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilərək təqdir edilir.

MİRİİB sədri, "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" layihəsinin rəhbəri Zamin Zeynal geniş məzmunlu çıxışında bildirib ki, QHT Agentliyi tərəfindən belə bir layihənin qalib edilməsi və göstərdikləri donor dəstəyi informasiya cəmiyyətinin Qarabağa qayıdış prosesində fəallığının artırılması baxımından mühüm əhəmiyyəti kəsb edir.

Layihə rəhbəri Zamin Zeynal onuda xüsusi olaraq bildirib ki, layihə çərçivəsində Qarabağa qayıdış ruhunda tədbirlərin keçirilməsi nəzərdə tutulmuş regionlarımızda bu sayaq tədbirləri keçirməkdə əsas məqsəd Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolunu gücləndirmək bu prosesin daha şəffaf, müsbət və məqsədyönlü şəkildə həyata keçirilməsinə ictimai təkan olmaqdır.

Qurum rəhbəri deyib ki, doğma Qarabağa qayıdış yalnız fiziki məkanın geri alınması deyil, həm də insanları, onların sosial əlaqələrini və mədəni irsini bərpa etmək deməkdir. Məlumatın düzgün və səmərəli paylaşılması insanların çətin və kritik dövrü daha asan və sakit keçirə bilməsi üçün vacibdir. Vaxtilə erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvarlarından didərgin salınmış məcburi köçkün soydaşlarımızla bu cür informasiya əhəmiyyətli maarifləndirmə yönümlü görüşlərin keçirilməsi nəticəsində gözlənilən əsas nəticələrdən biri əhali arasında davranış və sosial təcrübə dəyişikliyi olacaq. İnformasiya cəmiyyətinin gücləndirilməsi Qarabağa qayıdan insanların sosial həyatına müsbət təsir göstərəcək, onların öz ata-baba yurdlarına qayıdış prosesinə daha asan adaptasiya olmasına kömək baxımından layihənin davamlılığı olduqca vacibdir.

Qeyd edək ki, Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" layihəsi çərçivəsində növbəti tədbir Beyləqan rayonunda keçiriləcək.

















Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər