Prezzident İlham Əliyevin BMT tribunasından MESAJLARI


XXI əsrdə beynəlxalq münasibətlər sistemi yalnız güc balansı ilə deyil, həm də humanitar problemlərin həlli ilə müəyyən olunur. Münaqişələrin mirası, qaçqınlar və məcburi köçkünlər, mina təhlükəsi, iqlim dəyişikliyi bəşəriyyətin üzləşdiyi əsas çağırışlardandır. Bu problemlərin həlli dövlətlərin qlobal məsuliyyət daşımasını, humanitar diplomatiyanı önə çıxarır. Azərbaycan son illərdə həm regional, həm də qlobal səviyyədə bu sahələrdə fəal mövqe sərgiləyən ölkə kimi tanınır.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxış, Azərbaycanın humanitar missiyasını, beynəlxalq ictimaiyyətə verdiyi töhfələri dolğun şəkildə ortaya qoydu. Azərbaycanın üzləşdiyi ən ciddi humanitar problemlərdən biri mina bəlasıdır. Ermənistanın otuz illik işğalı dövründə azad edilmiş ərazilər kütləvi şəkildə minalarla çirkləndirilmişdir. Bu, təkcə Azərbaycanın təhlükəsizliyi üçün deyil, həm də beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması kimi qiymətləndirilir. Prezident İlham Əliyev Nyu-Yorkda BMT kürsüsündən bəyan etdi ki, müharibədən sonrakı dövrdə 400-dən artıq azərbaycanlı mina qurbanı olmuşdur. Bu, münaqişə bitdikdən sonra da insanların həyatını təhlükə altında qoyan ciddi bir problemdir. Azərbaycan mina təmizləmə fəaliyyətinə milyardlarla vəsait ayırmaqla yanaşı, beynəlxalq təşkilatlardan da həmrəylik gözləyir. Bu məsələ, yalnız bir ölkənin deyil, bütün beynəlxalq ictimaiyyətin humanitar öhdəliyidir. İşğal illərində və Birinci Qarabağ müharibəsi dövründə 4 minə yaxın azərbaycanlı itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır. Ermənistan tərəfindən bu insanların taleyi ilə bağlı məlumatın gizlədilməsi beynəlxalq hüquqa ziddir. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, kütləvi məzarlıqların aşkarlanması, itkinlərin taleyinin üzə çıxarılması insanlıq borcudur. Bu, təkcə Azərbaycan üçün deyil, bütün beynəlxalq aləm üçün ədalət məsələsidir. Azərbaycan bu istiqamətdə beynəlxalq tərəfdaşları ilə əməkdaşlığı davam etdirir və ədalətin bərpası üçün qətiyyət nümayiş etdirir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi Böyük Qayıdış Proqramı həm humanitar, həm də inkişaf yönümlü model kimi dünyaya təqdim olunur. Qısa müddət ərzində bu torpaqlarda müasir şəhərlər və kəndlər salınır, infrastruktur yenilənir, məktəblər və xəstəxanalar tikilir. Prezident İlham Əliyev vurğuladı ki, bu proses məcburi köçkünlərin doğma torpaqlarına ləyaqətlə qayıdışını təmin edir. Bu, humanitar məsuliyyətin dövlət səviyyəsində ən yüksək formada həyata keçirilməsinin bariz nümunəsidir. Azərbaycan yalnız öz problemlərinin həlli ilə kifayətlənmir, həm də beynəlxalq humanitar yardımlar göstərən ölkə kimi çıxış edir. Təbii fəlakətlərdən zərər çəkən dövlətlərə, münaqişələrdən əziyyət çəkən xalqlara dəstək, qlobal humanitar həmrəyliyin təzahürüdür. Prezident İlham Əliyev çıxışında Azərbaycanın müxtəlif regionlarda həyata keçirdiyi humanitar layihələri xüsusi vurğuladı. Bu, Azərbaycanın beynəlxalq məsuliyyətini nümayiş etdirir və ölkəmizin nüfuzunu daha da möhkəmləndirir.
Beləliklə, BMT Baş Assambleyasının 80-ci sessiyasında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq humanitar missiyasını bir daha nümayiş etdirdi. Azərbaycanın mina problemi ilə mübarizəsi, itkinlərin taleyinin aydınlaşdırılması, Böyük Qayıdış proqramı, Azərbaycan göstərir ki, humanitar dəyərlərə sadiq olmaq milli siyasətin ayrılmaz hissəsi ola bilər. Bu, həm vətəndaşların rifahına xidmət edir, həm də beynəlxalq ictimaiyyətin etimadını möhkəmləndirir. Azərbaycan XXI əsrin mürəkkəb humanitar çağırışlarına cavab verən məsuliyyətli dövlət kimi beynəlxalq aləmdə nüfuzunu daha da artırır.

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər