3 oktyabr 1993-cü il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu gün, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə yadda qaldı. O dövrdə ölkə xaosun, siyasi böhran və iqtisadi iflasın girdabında idi. Qarabağ müharibəsi davam edir, daxildə dövlət quruculuğu ciddi təhlükə ilə üz-üzə dayanmışdı. Bakı küçələrində narazılıq səsi, ölkənin müxtəlif bölgələrində isə hakimiyyət boşluğu hiss olunurdu.

Heydər Əliyevin gəlişi isə bir ümid şüası, bir qurtuluş işığı oldu. O, Azərbaycan üçün yalnız lider deyil, həm də milli birliyin simvolu idi. Ulu Öndərin dediyi kimi:

“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.”

Bu sözlər yalnız vədlər deyildi; onlar hər addımında, siyasətində, milli təhlükəsizliyi qorumaq və dövlət quruculuğunu gücləndirmək istiqamətindəki hər fəaliyyətiylə təsdiqləndi.

Onun rəhbərliyi ilə ölkədə stabil idarəetmə sistemi yaradıldı. Mərkəzi hakimiyyətin gücü bərpa edildi, parlamentin fəaliyyəti canlandırıldı, iqtisadiyyat islahatlara başladı. Xarici siyasətdə Azərbaycanın mövqeyi möhkəmləndi, beynəlxalq aləmdə tanınma və etimad artdı. Eyni zamanda, Ulu Öndər münaqişə zonalarında sakitlik və sabitliyi bərpa etməyə çalışdı, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunmasını prioritet elan etdi.

Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə həyata keçirilən islahatlar, iqtisadi inkişaf proqramları, milli birlik və təhlükəsizlik siyasəti ölkəni xaosdan çıxarıb qüdrətli dövlət yoluna çıxardı. Bu gün biz onun adı ilə bağlı yalnız tarixi hadisələri deyil, həm də Azərbaycanın sabahını qurmuş, möhkəm dövlətçilik ənənəsini formalaşdırmış lideri xatırlayırıq.

Ulu Öndərin gəlişi göstərdi ki, müstəqillik sadəcə bir hüquq deyil, qorunması və möhkəmləndirilməsi gərəkən bir məsuliyyətdir. Onun siyasi irsi bu gün də Azərbaycanın qüdrətinin, dövlətçiliyinin və xalqın birliyinin əsas dayağı olaraq yaşayır.


Elnarə Akimova
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər