Şahin Seyidzadə:Azərbaycanın  Konstitusiyası suverenliyimizin əbədi təminatıdır


Müstəqil Azərbaycanın dövlətçilik dayağı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur.” Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi dayağı, milli suverenliyimizin təminatçısı, xalqın iradəsinin ali ifadəsidir.

Hər bir dövlətin siyasi və mənəvi sütununu onun Konstitusiyası müəyyən edir. Bu mənada, 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası təkcə hüquqi sənəd deyil, həm də dövlət müstəqilliyimizin ideya manifestidir. XX əsrin əvvəllərində xalqımızın qurduğu Azərbaycan Xalq Cümhuriyyəti müasir Şərqdə ilk demokratik respublika kimi tarixə düşdü. Lakin cəmi 23 ay yaşaya bildiyi üçün öz Konstitusiyasını qəbul etmək imkanı olmadı. Bununla belə, Cümhuriyyət dövründə formalaşan hüquqi və siyasi düşüncə sonrakı nəsillər üçün ideoloji təməl rolunu oynadı. SSRİ dönəmində qəbul edilən konstitusiyalar isə Azərbaycanın müstəqil dövlət iradəsini əks etdirmir, mərkəzi hakimiyyətin diktəsi ilə formalaşırdı. Yalnız 1978-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan dili dövlət dili hesab olunur” maddəsinin daxil edilməsi milli kimliyimizin hüquqi müstəvidə qorunmasına imkan verdi. 1991-ci ildə müstəqilliyin bərpasından sonra dövlət idarəçiliyi sistemində ciddi boşluqlar, siyasi xaos və qeyri-sabitlik hökm sürürdü. Həmin dövrdə ölkədə yeni Konstitusiyanın qəbuluna ehtiyac olsa da, bu proses ancaq 1993-cü ildə Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə mümkün oldu. Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında Konstitusiya Komissiyası yaradıldı və dövlətin gələcək inkişaf konsepsiyasına əsaslanan layihə hazırlandı. 1995-ci ilin noyabrında keçirilən referendumda xalqın mütləq əksəriyyəti bu sənədin lehinə səs verdi. Beləcə, Azərbaycan xalqı öz iradəsi ilə tarixində ilk dəfə müstəqil dövlətinin Əsas Qanununu qəbul etdi. Ümummilli Lideri Heydər Əliyev qeyd etmişdir: “Biz elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının sabit yaşamasını və uzunmüddətli inkişafını təmin edən Əsas Qanun olsun.” Bu dərin uzaqgörənlik nəticəsində qəbul edilən Konstitusiya Azərbaycanın müasir tarixində dönüş nöqtəsinə çevrildi. O, dövlət idarəetməsinin üç qolu – qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ayrılığı prinsipinə əsaslanaraq, demokratik, hüquqi, dünyəvi dövlətin qurulmasını təmin etdi. İnsan və vətəndaş hüquqlarının qorunması, söz və vicdan azadlığı, bərabərlik, seçki hüququ və qanunun aliliyi kimi fundamental prinsiplər Əsas Qanunumuzda öz əksini tapdı. Azərbaycan Respublikasının Konstitusiyası eyni zamanda milli dövlətçiliyin suverenliyinin təminatçısıdır. O, dövlətin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və xalqın vahidliyini hüquqi müstəvidə təsbit edir. Konstitusiyada göstərilir ki, Azərbaycan Respublikasının suverenliyi onun bütün ərazisinə şamil olunur və bu suverenlik heç bir halda məhdudlaşdırıla bilməz. Bu prinsip 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsində xalqın birliyi və dövlətin iradəsi ilə tam şəkildə sübut olundu. 44 günlük Zəfər müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və konstitusion suverenliyini bərpa etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı ilə isə dövlətin hüquqi qüvvəsi bütün ərazilərdə bərqərar oldu. Prezident İlham Əliyev qeyd etmişdir: “Biz bu gün fəxr edə bilərik ki, Konstitusiyamızın bəyan etdiyi əsas məqsədlər – suverenliyin, ərazi bütövlüyünün və müstəqilliyin qorunması tam şəkildə təmin olunmuşdur.” Məhz bu tarixi hadisələrin fonunda 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi mühüm rəmzi məna daşıyır. Dövlət başçısının 2024-cü il 28 dekabr tarixli Sərəncamı və 2025-ci il 11 fevral tarixli Tədbirlər Planı ilə bu il ərzində hüquqi dövlətçilik, milli müstəqillik və vətəndaş cəmiyyəti prinsiplərinin təbliği məqsədilə geniş tədbirlər nəzərdə tutulmuşdur. Bu təşəbbüs Konstitusiyanın təkcə hüquqi sənəd deyil, həm də milli ideologiyanın əsas dayağı olduğunu bir daha göstərir. Azərbaycan Konstitusiyasına zaman-zaman edilən dəyişikliklər də ölkəmizin inkişaf dinamikasına, sosial-siyasi reallıqlara uyğun şəkildə həyata keçirilmişdir. 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar nəticəsində Əsas Qanuna edilən əlavələr dövlət idarəetmə sistemini müasirləşdirmiş, insan hüquqlarının təminat mexanizmini gücləndirmiş, sosial dövlət prinsiplərini daha da möhkəmləndirmişdir. 2016-cı ildə Birinci vitse-prezidentlik institutunun yaradılması dövlət idarəçiliyinin çevikliyini artırmış, siyasi sabitliyi və idarəetmə məsuliyyətini yeni mərhələyə qaldırmışdır. Konstitusiya həm də hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafına geniş imkanlar açmışdır. Bu sənəd əsasında 1998-ci ildə Konstitusiya Məhkəməsi yaradılmış, qanunvericiliyin konstitusiyaya uyğunluğunun təmin edilməsi istiqamətində mühüm addımlar atılmışdır. Qanunların aliliyinin qorunması, dövlət orqanlarının məsuliyyətinin artırılması və vətəndaşların hüquqlarının müdafiəsi bu orqanın əsas vəzifəsinə çevrilmişdir. Azərbaycan Konstitusiyasının humanist və demokratik mahiyyəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. O, insan hüquqları ilə bağlı BMT-nin Ümumdünya Bəyannaməsi və Avropa İnsan Hüquqları Konvensiyası kimi mühüm sənədlərin prinsiplərinə söykənir. Dilindən, dinindən, irqindən asılı olmayaraq, bütün vətəndaşların hüquq bərabərliyi, mülkiyyət toxunulmazlığı, təhsil və sosial təminat hüquqları Konstitusiyada təsbit olunmuşdur. Konstitusiyamız eyni zamanda dövlətin iqtisadi əsaslarını da müəyyən edir. O, bazar iqtisadiyyatı prinsiplərinə, sahibkarlıq azadlığına və mülkiyyətin müdafiəsinə hüquqi zəmanət verir. Bu müddəalar sayəsində Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi, xarici investisiyaların cəlb olunması və sosial rifahın yüksəldilməsi üçün möhkəm hüquqi baza formalaşmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il üçün təsis edilən “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı da bu sahədə böyük xidmətləri olan şəxslərin əməyinə verilən yüksək qiymətdir. Bu medal, Konstitusiyanın hazırlanmasına, təkmilləşdirilməsinə, təbliğinə və hüquq sisteminin inkişafına töhfə verən şəxslərə dövlət səviyyəsində ehtiramın göstəricisidir. Bu gün Azərbaycan dövləti Konstitusiyanın prinsiplərinə əsaslanaraq, müstəqil siyasətini qətiyyətlə davam etdirir. Qlobal siyasi təzyiqlər və regional dəyişikliklər fonunda Azərbaycan öz suveren hüquqlarını, milli maraqlarını qorumaqda və gücləndirməkdədir. Dövlətin hər bir addımı Konstitusiyanın aliliyinə, qanunun hökmünə və xalqın iradəsinə əsaslanır. 1995-ci ildə qəbul edilən Əsas Qanun bu gün müstəqil, qüdrətli, beynəlxalq aləmdə nüfuzlu Azərbaycanın hüquqi və ideoloji sütununa çevrilmişdir. O, həm tarixi varisliyimizin, həm də müasir dövlətçilik iradəmizin rəmzidir. Ümummilli Lideri Heydər Əliyevin siyasi uzaqgörənliyi və Prezident İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində Azərbaycan bu gün Konstitusiyasının yaratdığı sabit hüquqi zəmin üzərində daha güclü və suveren şəkildə inkişaf edir. Azərbaycan Konstitusiyası dövlətimizin qanuni dayağı, xalqın birliyi və suverenliyimizin əbədi təminatıdır.

Son xəbərlər

Slovakiya Qarabağda “Ağıllı kənd” tikir

Leyla Əliyeva İslam dünyasında süni intellekt indeksinin təqdimatı” adlı beynəlxalq konfransda iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub

Ölkəmizdə süni intellekt sahəsində istedadların formalaşdırılması üçün genişmiqyaslı proqram həyata keçirilir

Prezident İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi olub

Şahin Mustafayev İranın xarici işlər naziri Əraqçi ilə görüşüb

Mehdiyevin qızı da vəzifədən azad edildi

Azərbaycan boksçuları Dünya Kubokunda 4 medal qazanıblar

ATƏT-in Minsk Qrupunun ləğvi: Labüd bir nəticə

II Qaregin hakimiyyəti kilsə əleyhinə aksiya aparmaqda ittiham edib

Bakıda təmir zamanı tarixi abidəyə zərər vuruldu - Foto

Zelenski Londonda onlarla görüşəcək

Donald Tramp İlham Əliyevə təşəkkür etdi

Ermənistan və Azərbaycan sərhədçiləri dəbilqə və zirehli jiletləri çıxarıb - PAŞİNYAN

Azərbaycanda 21 peşə məktəbi tikiləcək - Prezidentdən SƏRƏNCAM

Tədqiqatçı alimin monoqrafiyası işıq üzü görüb!

ABB sədrinin 1-ci müavini öz xahişi ilə vəzifəsindən ayrılıb

"Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edildi-SƏRƏNCAM

Xəyal Bəşirov: "Radikal qruplar beynəlxalq təşkilatlara daim saxta məlumatlar, rəqəmlər ötürüblər"

Dəhşətli yanğında ölənlərdən ikisi uşaqdır - RƏSMİ

Rəşad Mahmudov: "Heç kim toxunulmaz və qanundan üstün deyil"

Ceyhun Bayramov: Tramp Marşrutu cənubi Qafqaz regionu üçün birinci dərəcəli əhəmiyyətə malikdir

Eldar İbrahimov: Mehdiyev İlham Əliyevin prezidentliyə namizəd olmağını istəmirdi

Ziyafət Əsgərov: Ramiz Mehdiyevin Əli Kərimli ilə “iş qurması”, “iş birliyinə” getməsinin adı yoxdur

Vahid Tağıyev: Yeni dövr - yeni "Təhsil Qanunu" tələb edir

Xəyanət şəbəkəsinin gerçəklikləri, mifləri və bütün gizlinləri FAŞ OLUNUR

QHT Agentliyi Özbəkistanın “Vətəndaş Cəmiyyəti Həftəsi”ndə təmsil olunur

Vüqar Bayramov: Vətəndaşlarımızın gözlənilən pensiya məbləğində artımlar olacaq

Radikal və xarici təsirlərə meyilli qrupların fəaliyyətinə qarşı ayıqlıq xüsusi əhəmiyyət kəsb edir

Tahir Mirkişili: Dövlətimiz Qarabağda hərbi qələbəni iqtisadi və sosial qələbəyə çevirmək istiqamətində böyük işlər görür

Sahil Babayev: "Azərbaycan gəlir vergisinin dərəcəsini 50 faiz azaldır"

Azərbaycan Prezidentinin Protokol Xidməti YARADILIB

Millət vəkili Tahir Mirkişili Sumqayıtda seçicilərini qəbul edib

Bütün xəbərlər