Zəfərdən yenidənqurmaya aparan yol


20 Noyabr – Ağdam şəhəri günü Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıyan tarixi gündür. Bu tarix, yalnız Ağdamın işğaldan azad edildiyi gün deyil, həm də bərpa, dirçəliş və Böyük Qayıdışın simvoludur.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri bu prosesin mahiyyətini ən dəqiq şəkildə ifadə edir: “Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” Ağdamın keçdiyi tarixi yol və müasir inkişaf mərhələsi Azərbaycan xalqının iradə və qətiyyətinin bariz nümunəsidir. 1993-cü ilin 23 iyulu Ağdam tarixinin ən qaranlıq səhifəsi oldu. 42 gün davam edən döyüşlərdən sonra rayonun 73 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Nəticədə 90 kənd, rayon mərkəzi ilə birlikdə 882 kv. km ərazi işğal olundu. 128 min insan doğma torpağını tərk etməyə məcbur edildi. Həmin döyüşlərdə 6000-dən çox şəhid verdi. 74 məktəb, mədəniyyət evləri, tarixi abidələr, o cümlədən dünyada yeganə Çörək Muzeyi dağıdıldı. Bununla da Ağdamın bütün sərvətləri talan edildi və yerlə-yeksan edildi. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə baxmayaraq, Ermənistan bu qeyri-qanuni işğalı davam etdirdi.
Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə nəticəsində işğalçı Ermənistan kapitulyasiya aktını imzaladı. 10 noyabr 2020-ci il bəyanatının şərtlərinə uyğun olaraq Ağdam 20 noyabr 2020-ci ildə Azərbaycana təhvil verildi. Bu, Azərbaycan Ordusunun hərbi gücünün, siyasi rəhbərliyin qətiyyətinin və xalqın birliyinin təntənəsi idi. İşğaldan azad olunmasına görə 5790 əsgər və zabit medal ilə təltif olundu. 31 iyul 2023-cü ildə imzalanmış Sərəncamla 20 noyabr Ağdam şəhəri günü elan olundu. Bu, həm tarixi qayıdışın, həm də şəhərin strategiya üzrə inkişafının hüquqi təsdiqidir. Ağdamın inkişafı üzrə təsdiq edilmiş Baş Plan şəhərin müasir Azərbaycan şəhəri modelinə uyğun formalaşdırılmasını hədəfləyir. Bu plan Ağdamı Qarabağ iqtisadi və sosial həyatının əsas mərkəzlərindən birinə çevirəcək. Baş Plana əsasən şəhərdə 5 müasir məhəllənin salınması, 100 min nəfər üçün yaşayış zonaları, Yaşıl enerji, ağıllı şəhər infrastrukturu, sosial, təhsil, mədəniyyət və idman obyektləri kompleksinin salınması nəzərdə tutulub. Hazırda 2-ci məhəllədə 66 binanın tikintisi aparılır. Paralel olaraq digər məhəllələrdə də işlər davam etdirilir. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinin 1-ci mərhələ açılışı artıq baş tutmuşdur. Digər kəndlər üzrə layihələndirmə işləri davam edir. 2025-ci ilin oktyabrına qədər 825 ailə öz doğma torpaqlarına qayıtmışdır. 28 may 2021-ci il Fərmanı ilə yaradılan Ağdam Sənaye Parkı Qarabağın iqtisadi potensialının dirçəldilməsində mühüm rol oynayır. 190 hektarlıq ərazini əhatə edən parkda 260 milyon manatdan çox investisiya yatırılıb, 28 rezident, 4 qeyri-rezident fəaliyyət göstərir, 9 müəssisə artıq işləyir, 5 müəssisənin tikintisi davam edir nəticədə 938 nəfər daimi işlə təmin olunub. Bu, Ağdamın iqtisadi həyatına yeni nəfəs gətirir. 2025-ci il mayın 10-da açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi regionun nəqliyyat əlaqələrini bərpa etməklə yanaşı, iqtisadi dinamikanı genişləndirir. Burada Dəmir yolu gündə 800–1000 sərnişin, Avtovağzal isə 1300–1500 sərnişin daşıyır. Kompleksdə kitabxana, mağazalar, restoranlar, gözləmə zalları, elektromobil doldurma məntəqələri fəaliyyət göstərir. 10 may 2025-ci ildə açılmış Mərkəz mədəni həyatın yeni simvoludur. 474 yerlik konsert zalı və açıq səhnəsi muğam sənətinin təbliği üçün mühüm platformadır. Ağdam Muğam Mərkəzi – Qarabağ mədəniyyətinin yeni ünvanlarından biridir. Qarabağ muğam məktəbi tarixən Azərbaycanın musiqi inciləri arasında seçilir. Yeni Ağdam Muğam Mərkəzi bu ənənənin dirçəlişi üçün mühüm platformadır. 474 yerlik konsert zalı, 15 dərs otağı və sərgi salonları burada fəaliyyət göstərir. Bu mərkəz gənc nəsildə muğama sevgi oyatmaq, Qarabağın musiqi irsini yaşatmaq məqsədi daşıyır. Ağdam bu gün təkcə bərpa edilən şəhər deyil, Azərbaycanın gücünün, zəfərinin və dövlət siyasətinin uğurunun rəmzidir. 20 Noyabr – Ağdam şəhəri günü işğaldan azad edilən, yenidən doğulan və inkişaf yoluna çıxan şəhərin bayramıdır. Bu gün eyni zamanda hər bir azərbaycanlının qəlbində qürur, şəhidlərimizin ruhuna ehtiram və gələcəyə inam günü kimi yaşayır.

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər