Tahir Mirkişili: Dövlətimiz Qarabağda hərbi qələbəni iqtisadi və sosial qələbəyə çevirmək istiqamətində böyük işlər görür


Azərbaycanın Qarabağın bərpasına indiyədək ayırdığı pul Ermənistan büdcəsindən 2 dəfə çoxdur.

Millixeber.az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Tahir Mirkişili deyib.

O qeyd edib ki, son beş ildə Azərbaycan dövləti Qarabağ torpaqlarda hərbi qələbəni iqtisadi və sosial qələbəyə çevirmək istiqamətində böyük işlər görür. Hazırda bu ərazilərdə 62 mindən çox insan yaşayır:

"Təkcə Laçında 5 mindən artıq insan məskunlaşıb. İndiyədək Azərbaycan dövləti bu ərazilərə təxminən 22 milyard manat vəsait xərcləyib. Müqayisə üçün deyə bilərəm ki, bu məbləğ Ermənistanın dövlət büdcəsinin təxminən 2, Gürdüstanın isə 1,4 dəfə çoxdur. Bu rəqəmlər bir daha göstərir ki, Azərbaycan dövləti bu torpaqların bərpası və inteqrasiyası üçün böyük səy göstərir”.

T. Mirkişili vurğulayıb ki, hazırda Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 50-dən çox rezident və 7-dən çox qeyri-rezident sahibkar fəaliyyət göstərir. Ötən müddət ərzində bu ərazilərdə təxminən 500 milyon manat dəyərində məhsul istehsal və ixrac olunub. Bu iki sənaye parkında hazırda minə yaxın insan çalışır. Bütün bunlar onu sübut edir ki, Azərbaycan dövləti bu ərazilərin gələcəkdə ölkənin ümumi iqtisadi sisteminə inteqrasiyası üçün mühüm addımlar atır.

Deputat qeyd edib ki, Orta Dəhlizin işə düşməsi və Zəngəzur dəhlizinin açılması ilə bu ərazilər ilk dəfə sərhəd bölgəsindən tranzit bölgəsinə çevriləcək.

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər