Kimlər 200 manat yardımı ala bilməyəcək? – DEPUTAT AÇIQLADI


Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov Prezident İlham Əliyevin aztəminatlı ailələrə 200 manat birdəfəlik maddi yardım verilməsi ilə bağlı imzaladığı sərəncamın icra mexanizmlərinə aydınlıq gətirib.

Deputat bildirib ki, bu qərar bir daha göstərir ki, dövlətin sosial siyasətində əsas prioritet vətəndaşların rifahının yaxşılaşdırılması və sosial təminat mexanizmlərinin gücləndirilməsidir.

Vüqar Bayramovun sözlərinə görə, 200 manatlıq birdəfəlik maddi yardım hazırda aktiv ünvanlı dövlət sosial yardımı alan ailələrə şamil olunacaq. Bu kateqoriyaya daxil olan ailələrin sayı təxminən 76 min təşkil edir.

Deputat qeyd edib ki, yardımın alınması üçün vətəndaşların heç bir əlavə müraciət etməsinə ehtiyac yoxdur. Ödənişlər mövcud elektron baza əsasında proaktiv qaydada həyata keçiriləcək.

Onun sözlərinə görə, ünvanlı sosial yardım alan ailələr üçün yeni bank kartı açılmayacaq, 200 manatlıq vəsait artıq istifadə olunan mövcud kartlara köçürüləcək.

Vüqar Bayramov vurğulayıb ki, bu birdəfəlik yardım yalnız ünvanlı dövlət sosial yardımı alan ailələrə aiddir. Digər sosial proqramların iştirakçıları bu ödənişdən yararlana bilməyəcəklər. Deputat onu da bildirib ki, ünvanlı sosial yardıma müraciət etmiş, lakin hələlik yardım təyin olunmamış ailələrə 200 manatlıq ödəniş şamil edilmir. Yardım yalnız artıq ünvanlı sosial yardım təyin edilmiş ailələr üçün nəzərdə tutulub.

Onun sözlərinə görə, sözügedən sərəncam bayram ərəfəsində aztəminatlı ailələrin maddi durumuna əlavə dəstək məqsədi daşıyır və sosial həssas əhali qruplarının qorunmasına xidmət edir.

Son xəbərlər

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Azər Badamov:Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir

Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Təhsildən başlayan ideoloji təhlükəsizlik: mənəvi dəyərlərlə qanunun aliliyinin vəhdəti

İdeoloji təhlükəsizlik: milli-mənəvi dəyərlərə və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik

Bakıda 200-dən çox adam saxlanıldı

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Milli QHT Forumu: Milli dəyərlərin və dünyəvi təhsilin qorunması üçün ictimai həmrəylik vacibdir

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

YAP Astara rayon təşkilatında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub+FOTO

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

XX ƏSRİN ƏN NÜFUZLU İQTİSADÇISI KEYNS NİYƏ NOBEL SÜLH MÜKAFATI ALA BİLMƏYİB?

"DƏYƏR VERDİYİN İŞLƏRƏ DƏSTƏK OLMAQ": Nobel mükafatı laureatları pullarını nəyə xərcləyirlər?

Cəbrayılda minaya düşən şəxsin atası da minaya düşüb

Rəqəmsal məkanda kibertəhdidlərə qarşı vətəndaş məsuliyyəti gücləndirilməlidir - MÜSAHİBƏ

Müstəqil xarici siyasətin digər mühüm dayağı güclü iqtisadiyyat və iqtisadi müstəqillikdir

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı müşavirə keçirilib

İlk dəfə bacısı və qardaşı ilə foto paylaşdı

Fidan Mansurova BU VƏZİFƏYƏ təyin olundu - FOTO

Dini komitənin sədrindən MESAJ: "Gənclər xurafatla sağlam dini yanaşmanı fərqləndirməlidir"

MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə

Tahir Mirkişili: Azərbaycanın Məşvərət görüşünə tamhüquqlu qoşulması regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

YAP Sumqayıt şəhər təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

Prezidentdən SƏRƏNCAM - Yüksək vəzifəyə təyin olunanSəbuhi Əliyev kimdir?

Bütün xəbərlər