Gündəm / Şou-biznes

Elnarə yenə adını "dəyişdi"

13.01.2026 15:57 190

Müğənni Elnarə Xəlilova sosial şəbəkə hesabında növbəti dəyişikliklə diqqət çəkib.

Millixəbər.az-ın milli.az-a istinadən məlumatına görə, sənətçi bir müddət əvvəl 500 mindən artıq izləyicisi olan instaqram səhifəsini xəbər platforması formatına salmışdı. Lakin o, sonradan həmin paylaşımları silərək hesabında yenidən dəyişiklik edib.

İfaçı bu dəfə səhifənin adını dəyişdirərək yenidən öz adını - "Elnarə Xəlilova"nı bərpa edib.

Qeyd edək ki, müğənninin instaqramda xəbər paylaşımları etməsi sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunmuşdu.