Gündəm / Bölgə
Aytəkin Cəfərovaya Qarabağda vəzifə verildi
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində kadr təyinatı olub.Millixəbər.az ölkə.az-a istinadən xəbər verir ki, Aytəkin Cəfərovaya qurumun Qubadlı rayonu üzrə ərazi şöbəsinin müdiri vəzifəsi verilib.
Qeyd edək ki, bundan öncə o, Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri olub. Həmçinin "Aqroservis" ASC-də çalışıb.