Peruda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib


Peruda 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd olunub. Lima şəhərində yerləşən və ən çox ziyarət edilən “La Virgen Milagrosa” kilsəsində keçirilən mesa zamanı 20 Yanvar faciəsinin şəhidləri anılıb. Mərasimdə 500-dən çox Peru vətəndaşı iştirak edib.

Millixəbər.az AZƏRTAC- a istinadən xəbər verir ki, anım mərasimində kilsənin keşişi Fransisko Ameskita 20 Yanvar hadisələri barədə yerli ictimaiyyətə məlumat verib. O, faciənin Azərbaycan xalqı üçün dərin bir kədər olmaqla yanaşı, eyni zamanda, millətin qəhrəmanlığının və yenilməz iradəsinin rəmzinə çevrildiyini vurğulayıb. Keşiş şəhidlərin xatirəsinə dua edərək bildirib: “Bu gün biz Azərbaycan üçün, onun azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi üçün dua edirik”.

Anım mərasimində Peru-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, konqresmen Yorel Kira Alkarraz Aquero, Peru Xarici İşlər Nazirliyinin nümayəndələri, diplomatik korpusun nümayəndələri, Azərbaycanda ali təhsil almış Peru vətəndaşları, eləcə də bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Perunun aparıcı media qurumlarında “La Virgen Milagrosa” kilsəsində 20 Yanvar faciəsinə həsr olunmuş dini mərasim geniş işıqlandırılıb, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciəvi hadisələr barədə məlumat təqdim olunub.


Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər