2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizin ictimai həyatında xüsusi rəmzi məna daşıyan, gənc nəslin potensialını, enerjisini və dövlət quruculuğundakı rolunu ön plana çıxaran əlamətdar gündür. Bu günün təsis olunması Ulu Öndər Heydər Əliyevin gənclərə strateji baxışının, gəncliyi Azərbaycanın sabahının əsas dayağı kimi görməsinin məntiqi nəticəsidir. Məhz Ulu Öndərin 1 fevral 1997-ci il tarixli Sərəncamına əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olundu və həmin vaxtdan etibarən bu bayram Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlandı.

Millixəbər.az xəbər verir ki, bu sözləri Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib.

Onun sözlərinə görə, bu addım gənclər siyasətində Azərbaycanın qabaqlayıcı mövqeyini göstərdi: "Xatırlatmaq kifayətdir ki, BMT Baş Məclisi yalnız 1999-cu il 17 dekabr tarixli qətnamə ilə 12 avqustu Beynəlxalq Gənclər Günü elan etmişdir — yəni, Azərbaycan bu istiqamətdə beynəlxalq gündəmdən daha öncə sistemli addım atmışdı.

Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra gənclərlə iş dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər siyasətinin institusional əsaslarının formalaşması baxımından mühüm mərhələ oldu. Ardınca Azərbaycan gənclərinin forumlarının keçirilməsi ənənəsi başladı.

Gənclərin bilik və bacarıqlarının inkişafına yönəlmiş tədbirlər də ardıcıl şəkildə genişləndirildi: istedadlı gənclərə dövlət qayğısını gücləndirmək məqsədilə “Qızıl kitab” və xüsusi təqaüd təsis edildi, təhsildə yüksək nəticə göstərən gənclərin stimullaşdırılması üçün “Prezident təqaüdü”, xaricdə təhsil ənənəsi inkişaf etdirildi. 1999-cu ildə dövlət gənclər siyasətinin icrasına dair tədbirlər planının təsdiqlənməsi və 2002-ci ildə “Gənclər siyasəti haqqında” Qanunun qəbul edilməsi isə bu siyasətin hüquqi çərçivəsini daha da möhkəmləndirdi".

Deputat qeyd edib ki, bu strateji xətt bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir: "Dövlət başçımızın vurğuladığı kimi, “indiki gənclər üçün imkanlar daha genişdir” və bu imkanlardan düzgün istifadə gənclərin həm şəxsi inkişafı, həm də dövlətə maksimum fayda verməsi baxımından həlledicidir. 2007-ci ilin “Gənclər ili” elan olunması, Gənclər Fondunun yaradılması, “Gənclər üçün Prezident Mükafatı”, “Yüksəliş” müsabiqəsi, könüllülük hərəkatının genişlənməsi kimi təşəbbüslər gənclərin sosial fəallığını, liderlik və innovasiya potensialını daha da gücləndirdi".

P.Vəliyeva vurğulayıb ki, rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar: "Onların göstərdiyi igidlik, əzmkarlıq və fədakarlıq sayəsində Azərbaycan dövləti tarixi ədaləti bərpa etmiş, ölkəmizin ərazi bütövlüyü təmin olunmuşdur. Otuz il davam edən işğala son qoyulmuş, xalqımız illərlə həsrətində olduğu doğma torpaqlarına qovuşmuşdur. Bu Şanlı Zəfər müasir Azərbaycan gəncliyinin Vətənə sədaqətinin, dövlətinə və xalqına bağlılığının parlaq təzahürüdür.

Vətən müharibəsi təkcə cəbhədə deyil, informasiya məkanında da aparılan mübarizə idi. Bu mübarizənin ön cəbhəsində isə Azərbaycan gəncliyi dayanırdı. Müharibə dövründə gənclərimiz sosial şəbəkələrdə son dərəcə fəal olmuş, ölkəmizə qarşı aparılan dezinformasiyalara operativ və əsaslandırılmış cavablar vermişlər. İnformasiya müharibəsində Azərbaycan gəncliyi yalnız daxili auditoriya ilə kifayətlənməmiş, dünya ictimaiyyətinə həqiqətlərin çatdırılmasında mühüm rol oynamışdır".

Millət vəkili deyib ki, bu prosesə təkcə ölkə daxilində yaşayan gənclər deyil, dünya azərbaycanlıları da könüllü şəkildə qoşulub: "Birgə və koordinasiyalı fəaliyyət nəticəsində Azərbaycan informasiya məkanında üstünlük əldə etmiş, yayılan məlumatların həqiqiliyi və təsirliliyi təmin olunub. Əsasən gənclərdən ibarət sosial şəbəkə istifadəçiləri informasiya müharibəsində fəallıq göstərərək beynəlxalq ictimai rəyin formalaşmasına əhəmiyyətli töhfə veriblər.

Bu gün Azərbaycan cəmiyyətinin böyük bir hissəsini təşkil edən gənclər ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayırlar. Gənc nəslin təşəbbüsləri, yaradıcı enerjisi və əməyi dövlət həyatının bütün sahələrində aydın şəkildə görünməkdədir. Azərbaycan gəncləri azad, sabit və özünə güvənən bir ölkədə yaşayır və bu reallıq onların qarşısında geniş imkanlar açır".

Son xəbərlər

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

U-17 (yeniyetmələr) dünya çempionatlarının nəticələrinin müqayisəsi (Bakı:2012-2026:)

Deputat: "Azərbaycanın dövlət rəsmiləri onların qarşısına çıxmaqdan çəkinmir, "söyüş müxalifəti" isə eyni ssenarini təkrarlayır"

Bütün xəbərlər