2026-cı il fevralın 4-də Əbu-Dabidə beynəlxalq ictimaiyyətin diqqəti nadir və rəmzi bir hadisəyə yönəldi: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan dünyanın ən nüfuzlu humanitar mükafatlarından biri – “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldülər. Bu təltif ilk növbədə fərdlərə deyil, sülhə, dialoqa və qarşılıqlı anlaşmaya xidmət edən siyasi iradəyə verilən yüksək qiymət kimi dəyərləndirildi.

“Zayed İnsan Qardaşlığı Mükafatı” Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyənin adını daşıyır və dinlərarası dialoqun, mədəniyyətlərarası anlaşmanın, humanizm və sülh ideallarının təşviqinə mühüm töhfə verən şəxslərə və qurumlara təqdim olunur. Mükafat beynəlxalq münsiflər heyətinin qərarı ilə verilir və əsas meyar kimi münaqişələrin dinc yolla həlli, insan ləyaqətinin qorunması, xalqlar arasında etimadın möhkəmləndirilməsi götürülür. Bu baxımdan, uzun illər davam etmiş Azərbaycan–Ermənistan münaqişəsindən sonra əldə olunan sülh razılaşması mükafatın fəlsəfəsi ilə tam uzlaşan nadir nümunə kimi qiymətləndirildi.

Prezident İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi beynəlxalq aləmdə geniş rezonans doğurdu. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Livan Respublikasının Prezidenti Cozef Aun, Türkiyənin birinci xanımı Əminə Ərdoğan və İordaniya Haşimilər Krallığının Kralı II Abdullah “Zayed İnsan Qardaşlığı Mükafatı”nın laureatlarını təbrik edərək bu qərarın regionda və dünyada sülhə xidmət edən mühüm siyasi mesaj olduğunu vurğuladılar. Təbriklərdə xüsusilə Prezident İlham Əliyevin ardıcıl və prinsipial siyasəti nəticəsində müharibədən sülhə keçidin mümkünlüyünün sübuta yetirildiyi qeyd olundu.

Mükafatın təqdimolunma mərasimində Prezident İlham Əliyevin çıxışı isə bu siyasi prosesin ideoloji və mənəvi çərçivəsini aydın şəkildə ortaya qoydu. Dövlət başçısı Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülməsini böyük şərəf adlandıraraq, onun uzaqgörən liderliyinin Birləşmiş Ərəb Əmirliklərini dünyanın ən uğurlu və firavan ölkələrindən birinə çevirdiyini vurğuladı. Prezident qeyd etdi ki, bu siyasi xətt bu gün də Əbu-Dabinin müasir simasını müəyyən edən Şeyx Məhəmməd tərəfindən uğurla davam etdirilir.

Çıxışın əsas məğzini isə Azərbaycan və Ermənistan arasında yaranmış yeni reallıq təşkil etdi. Otuz ildən artıq davam edən müharibədən sonra artıq altı aydır ki, region sülh şəraitində yaşayır. Prezident İlham Əliyevin sözləri ilə desək, Azərbaycan bu sülhü “öyrənir” və bu, ölkə üçün tamamilə yeni, lakin dərin mənəvi rahatlıq gətirən bir hissdir. Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonra keçən altı ay tərəfdaşlıq, əməkdaşlıq və dayanıqlı sülhə doğru real irəliləyiş mərhələsi kimi xarakterizə olundu.

2025-ci il avqustun 8-də keçirilmiş üçtərəfli Vaşinqton Zirvə Görüşü nəticəsində sülh sazişinin paraflanması, Birgə Bəyannamənin imzalanması və Prezident Donald Trampın şahid qismində sənədə imza atması üç onillik davam edən qanlı münaqişəyə faktiki olaraq son qoydu. Ardınca atılan praktiki addımlar – Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, neft məhsullarının ixracına başlanması, ticarət əlaqələrinin genişləndirilməsi – sülhün abstrakt anlayış deyil, real əməkdaşlıq mexanizmi olduğunu nümayiş etdirdi.

Prezident İlham Əliyev çıxışında dinlərarası dialoqun və qlobal mənəvi həmrəyliyin rolunu da xüsusi vurğulayaraq, Əl-Əzhərin böyük imamı Əhməd Əl-Tayyibə və Roma Papası Leoya göstərdikləri dəstəyə görə təşəkkür etdi. Bu yanaşma sülhün təkcə siyasi razılaşma deyil, həm də dəyərlər üzərində qurulan uzunmüddətli proses olduğunu bir daha təsdiqlədi.

Əbu-Dabidə keçirilən mərasimin simvolik mahiyyəti isə təsadüfi deyildi. Məhz bu şəhərdə, Vaşinqton Sammitindən bir ay əvvəl Azərbaycan və Ermənistan arasında son danışıqlar raundu baş tutmuş, Şeyx Məhəmmədin dəstəyi ilə əldə olunan razılaşma sonradan ABŞ paytaxtında rəsmiləşdirilmişdi. Bu ardıcıllıq göstərdi ki, sülh təsadüfən yaranmır – o, siyasi iradə, beynəlxalq dəstək və qarşılıqlı etimadın nəticəsidir.

Dünyaya ünvanlanan əsas mesaj aydındır: uzunmüddətli münaqişələr, dərin etimadsızlıq və ağır itkilər fonunda belə sülh mümkündür. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi isə bu həqiqətin təkcə regional deyil, qlobal miqyasda qəbul edildiyini təsdiqləyən siyasi və mənəvi sənəd kimi tarixdə qalır.




Elnarə Akimova,
Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü,

Filologiya elmləri doktoru

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər