Gündəm / İqtisadiyyat / Sosial
Prezident Vüsal Nəsirlini AAYDA sədr təyin etdi - DOSYE

Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Yerinə isə Vüsal Zakir oğlu Nəsirli təyin edilib.
Millixəbər.az Vüsal Nəsirlinin dosyesini təqdim edir:
O, 1978-ci ildə İmişli şəhərində anadan olub.
2000-ci ildə Qafqaz Universitetinin İnzibati idarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr pillələrini bitirib.
2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.
Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. (Bakupost.az)
Evlidir, iki övladı var.