Türk Ağsaqqallari İctimai Birliyinin nümayəndələri professor İbadulla Ağayevin kafedrasında qonaq olublar


Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini Eyvaz Hünbətovun rəhbərliyi ilə idarə heyətinin və təşkilat üzvləri Azərbaycan Tibb Universitetinin epidemiologiya və biostatistika kafedrasının müdiri, tibb elmləri doktoru, professor İbadulla Əliağa oğlu Ağayevin kafedrada salınmış Türk Dünyası ilə bağlı guşələri yüksək maraqla izləyiblər.

Xalq öz dəyərli övladları ilə tanınır və onlarla fəxr edir. Xalqımızın belə övladlarından birinin – Azərbaycan Tibb Universitetinin epidemiologiya və biostatistika kafedrasının müdiri, Əməkdar elm xadimi, Əməkdar müəllim, tibb elmləri doktoru, professor İbadulla Əliağa oğlu Ağayevdir.

Əzız oxucu, gəlin ilk növbədə İbadulla Ağayevin həyat yaradıcılığı ilə tanış olaq:



İbadulla Əliağa oğlu Ağayev 1950-ci il yanvar ayının 17-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olmuşdur. 1966-cı ildə Muğangəncəli kənd orta məktəbini bitirib. 1967-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1973-cü ildə oranı bitirib. 1973–1974-cü illərdə E. Əfəndiyev adına 2 saylı Bakı şəhər klinik xəstəxanasında cərrahiyə ixtisası üzrə internatura keçmişdir.

1974-cü ildən 1976-cı ilin mart ayına qədər Bakı şəhər mərkəzi təcili tibbi yardım stansiyasında həkim işləmişdir. 1976-cı ilin mart ayında N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun epidemiologiya kafedrasına müsabiqə yolu ilə assistent vəzifəsinə seçilmişdir.

1979-cu ildə namizədlik dissertasiyası müdafiə etmiş və 1982-ci ildə kafedraya dosent vəzifəsinə seçilmişdir. 1991-ci ildə doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi almışdır. 1992-ci ildə epidemiologiya kafedrasına müdir vəzifəsinə müsabiqə yolu ilə seçilmiş və həmin ildə də professor vəzifəsi təsdiq olunmuşdur.

Professor İ.Ağayevin yaradıcı fəaliyyətinin mühüm hissəsini tədris- metodik iş təşkil edir. Bu illər ərzində İbadulla müəllim çox məhsuldar elmi fəaliyyətlə məşğul olmuşdur. Qeyd edim ki, professor İbadulla Ağayev yarım əsrdən artıq elmi-pedaqoji fəaliyyəti dövründə epidemiologiya elminin inkişafına mühüm töhfələr verib.O, 300 sanballı elmi əsərin müəllifidir. Onun elmi rəhbərliyi altında 40 namizədlik və 5 doktorluq dissertasiyası müdafiə edilmişdir. Professor İbadulla Ağayev epidemiologiyaya həsr olunmuş 10 dərsliyin, 15 tədris vəsaitinin, 10 elmi-kütləvi kitabçanın, 10 metodik göstərişin müəllifidir.

1992-ci ildən 2020-ci ilə qədər Səhiyyə Nazirliyinin baş epidemioloqu olmuşdur. Eyni zamanda ATU-nun gigiyenik fənlər üzrə metodik və epidemiologiya, mikrobiologiya və yoluxucu xəstəliklər üzrə problem komissiyalarının sədridir.
1999-cu ildə Rusiya Təbiət Elmləri Akademiyasının, 2001-ci ildə isə Beynəlxalq Eko-enerji Akademiyasının üzvü seçilmişdir.Yeni Azərbaycan Partiyasının üzvüdür.
2025-ci ildə "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında İbadulla Ağayevin 75 illik yubileyi keçirilmişdir.
Haqqında şair Yusif Ağbulaqlı "Bir alim var" (Bakı, "Təbib", 2025) və yazıçı Məlahət İsmayılqızı "Kişilər himməti dağ qoparır… Kişi ol, dağ qopar həmmiytət ilə!" (Bakı, "Təbib", 2025) adlı kitab yazmışdır.
İbadulla Ağayevin elmi və pedaqoji fəaliyyəti həmişə diqqət mərkəzində olmuş, lazımi dərəcədə qiymətləndirilmişdir. Belə ki, o, Qırmızı Əmək Bayraq ordenli (Tbilisi Dövlət Tibb İnstitutu), 1999-cu və 2006-cı illərdə Səhiyyə Nazirliyinin fəxri fərmanı, 2000-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının İ. P. Pavlov adına gümüş medalı, 2000-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə "Əməkdar müəllim" fəxri adı verilmiş, 2007-ci ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Əməkdar elm xadimi" adına layiq görülmüş, 27 mart 2024-cü ildə "Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif olunmuşdur.
Tibb Universitetinin kafedra müdiri kimi ölkəmizdə minlərlə ali təhsilli tibb mütəxəssisinin hazırlanmasında, onların mənəvi keyfiyyətlərinin milli-mədəni dəyərlərimiz zəminində formalaşmasında böyük rolu olan İbadulla müəllimin zəhməti danılmazdır.
İbadulla müəllim həm də, gözəl tarixçi, etnoqraf və filosofdur. Doğulduğu məmləkətin tarixini mükəmməl bilir və onu qarış-qarış gəzmişdir. O, dostluq, sədaqət, paklıq, saflıq, səmimiyyət, bir sözlə, böyük hərflərlə yazılan insanlıq etalonudur.
İ.Ağayev bir alim kimi, dünyanın müxtəlif ölkələrində keçirilən elmi simpozium və konfranslarda dəfələrlə iştirak etmiş və Azərbaycanı ləyaqətlə təmsil etmişdir. O, öz sözünü lazımi məqamda deyə bilən cəsarətli, novator alimdir. Bütün qəlbi, ruhu ilə Vətəninə, xalqına bağlıdır.











İlk növbədə professor İbadulla Ağayev kafedrada yaradılmış güşələrdə milli-mənəvi-mədəni dəyərlərimizi, adət-ənənələrimizi, poeziyamızı, musiqimizi – muğamımızı, aşıq musiqisini, ana dilimizin incəliyinə, gözəlliyinə, dərinliyinə, zənginliyinə dair tarixi inciləri ilə Türk Ağsaqqallari İctimai Birliyinin nümayyəndələri tanış olublar.
O, eyni zamanda Azərbaycan aşıq poeziyasının, xüsusilə Dədə Ələsgər irsinin təbliği ilə bağlı kafedrada yaradılmış güşədə geniş yer vermişdir. Hətda bu sahədə göstərdiyi xidmətlərə görə İbadulla müəllim 2024-cü ildə “Aşıq Ələsgər – 200” yubiley medalı ilə təltif edilmişdir.

Əziz oxucu! Gəlin görək, İbadulla Ağayevin müvəffəqiyyətinin sirri nədədir? O, həmkarlarından nə ilə fərqlənir? Bu suallara “çalışqanlığı, novatar tərcübəyə can atması” ifadələri ilə xoş məramlı xarakteri ilə hamı ılə ünsiyyətə girib dil tapa bilir. Mənə görə İbadulla həkimin əlində həm də hər kəsin qəlbinə düşər açar vardır. Yəni o xəstələrlə fərdi yanaşmağı, hər kəsin ğzünəməxsus fərdi psixoloji xüsusiyyətlərindən düzgün istıfadə etməyi bacarır.
İbadulla Ağayev gerçəkliyi tibb aləmində Vətəndaşlıq qeyrəti ilə yoğrulmuş elə bir varlıqdır ki, burada tibb elminin humanist xarakteri cəmləşmişdir. Bu xarakterlər sərhəd bilməyən vətənsevərləri özündə birləşdirir.

İbadulla həkimi tanıyanlar mənimlə razılaşarlar ki, İbadulla həkim insanlıq müccəməcidir: harada yaxşılıq, hörmət humanistlik, vətənpərvərlik və ş. keyfiyyətlərdən söhbət düşərsə, onu İbadulla həkimin yaradıcılığında görmək olar
Onun yaradıcılıq coğrafiyası çoxcəhətlidir. Bu da onun tibb elminə sədaqətindən və özünəməxsus Vətəndaşlıq qeyrətindən irəli gəlir.

Professor İbadulla Ağayevin kafedrada salınmış Türk Dünyası ilə bağlı guşələri Türk Ağsaqqallari İctimai Birliyinin rəhbərliyinin və üzvərinə, yetişib və yetışməkdə olan gəncləri¬mizə böyük örnəkdir. Bütün bunlar təkcə şərəf, şöhrət deyil, həm də İbadulla Ağayevin gecə-gündüz çalışmağın hesabına başa gələn bir qəhrəmanlıq və fədakarlıqdır.



Dilqəm Quliyev,
Prezidentin Fərdi təqaüdçüsü, Türk Ağsaqqalları
İctimai Birliyinin üzvü, pedaqogika üzrə elmlər doktoru,
professor, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər