İSRAİL və AVROPAYA QAZ İXRACI: resurs, marşrut və rəqabət


Yaxın Şərqdə baş verən müharibənin ən ciddi iqtisadi təzyiq göstərdiyi iqtisadi məkanlardan biri Avropa Birliyidir. Hörmüz boğazının bağlı olması, Qətərdə LNG (sıxılmış maye qaz) zavodunun zədələnməsi bu bazar uğrunda rəqabəti daha da kəskinləşdirmişdir. Avropa qaz bazarına iddiası olan ölkələrdən biri və ən yenisi İsraildir. Körfəz ölkələrində baş verən hadisələr Avropa qaz bazarında diqqəti Aralıq dənizində böyül qaz yatağı kəşf etmiş İsrailə yönəltmişdir.

Bu bazar bizim üçün də maraqlı olduğundan və Azərbaycan Avropa Birliyinin qaz təhcizatçılarından biri olduğundan bazarın ümumi vəziyyətinin və bazar iştirakçılarının öyrənilməsi bizim üçün iqtisadi cəhətdən maraqlıdır.

İsrail 2010-cu ildə Aralıq dənizində regionun ən iri qaz yatağını kəşf etdi. Bu yatağın adı Leviathandır. Leviathan- qolları hər yerə çatan əjdaha deməkdir. Yataq həqiqətən də əjdaha ehtiyatlara sahibdir. Yatağın ilkin təxmini ehtiyatı 620 mlrd m3-dir. Azərbaycanın Şahdəniz yatağının ehtiyatının təxminən yarısına bərabərdir. Bu həcm Avropanın 1.5-2 illik tam qaz tələbatını ödəyə bilər (müqayisə üçün). İsrailin bu yataqdan hasil olan qazı Avropaya satmaq istəməsi təbii dir, nəzərə alsaq ki, Avropa da hər zaman alternativ qaz idxalı mənbələri axtarışındadır.
İsrailin bu yataqdan 2025-ci ildə hasilat həcmi 11 mlrd m3 olmuşdur. Yatağın əsas ortaqların biri ABŞ-ın Chevron şirkədir. Bu ilin yanvarında investorlar yatağın genişləndirilməsi üçün yekun qərar qəbul etdilər – bu layihə tamamlananda yatağın hasilat gücü 2029-cu ilə doğru ildə 21 mlrd m3 olacaqdır.

Hazırda İsrail hasil olan qazı Misirə ötürür, orda qaz LNG (sıxılmış maye qaz) olur və daha sonra da Avropaya daşınır. Bu bahalı variant olduğu üçün təbii qazın birbaşa yataqdan Avropa ixracı üçün bir neçə marşrut üzərində müxtəlif planlar mövcuddur:

1) EastMed Boru kəməri. İsrail-Kipr-Yunanısan-İtaliya. Bu kəmərin uzunluğu 1000km-ə yaxındır. Kəmər çox dərin sulardan çəkilməlidir (3 km dərinlik). Tələb olunan investisiya 6-10 mlrd dollardır. Bütün bu amillər kəməri kommersiya cəhətdən riskli edir.

2) Türkiyə üzərindən TANAP-TAP Boru kəməri. İsrail-Türkiyə-TANAP-TAP-Avropa. Bu marşrut daha ucuz və qısadır. Eyni zamanda infrastrukturun artıq mövcud olması kəməri çox cəlbedici edir. Amma İsrail-Türkiyə münasibətləri, Şərqi Aralıq dənizi gərginliyi hələlik bu marşrutu qeyri-real edir.

3) Misir üzərindən LNG (sıxılmış maye qaz) marşrutu. İsaril qazı Misirə ötürür, orda LNG-yə çevrilir və tanker ilə Avropaya göndərilir. Bu marşrut hazırda işləyir. Yaxın gələcəkdə də ən real marşrut bu sayılır. İsrailin Avropa LNG bazarında əsas rəqibi ABŞ və Qətər dir. Bu baxımıdan Qətərdə baş verən son hadisələr ABŞ və İsrailin Avropaya LNG ixracını artıracaqdır.

Azərbaycan Avropa bazarlarına artıq mövcud olan boru kəməri ilə qaz ixrac etdiyindən LNG qaz ixracı bizim üçün elə də böyük rəqabət yarada bilmir. Azərbaycanın əsas üstünlüyü odur ki, bizim Avropaya qaz ixracımız artıq işləyən boru kəməri sistemi üzərində qurulub. Yəni Şahdəniz qazı Cənub Qaz dəhlizi vasitəsilə Avropa bazarına fiziki və kommersiya baxımından oturuşmuş marşrutla çıxır. Bazara yeni daxil olacaq, o cümlədən İsrail qazı isə hələ də “resursdan bazara çıxış” məsələsində daha çox regional marşrutlar və üçüncü ölkə infrastrukturundan asılıdır.

Bu səbəbdən, Azərbaycan qazı infrastruktur baxımından daha yetkin, İsrail qazı isə potensialı yüksək, amma marşrut baxımından daha həssas görünür. Eyni zamanda xatırlatmaq yerinə düşər ki, 2026-cı iliin fevral ayından İsrail təhlükəsizlik səbəblərindən LNG qaz ixracını dayandırıb, bu da Avropa alıcıları daha sabit və dayanıqlı satıcılara yönəlməyə sövq edib.

Beləliklə, görsənir ki, Avropa bazarına yeni daxil olmaq istəyən ölkələr, o cümlədən İsrail üçün ciddi texniki çağırışlar mövcuddur. Avropa artıq Norveç və Azərbaycan boru qazı, ABŞ LNG-si, Qətər LNG-si ilə işləyən müxtəlif portfelə malikdir. Ona görə bazara daxil olan hər yeni oyunçu avtomatik əlavə mənbə statusunda olacaqdır. Azərbaycan isə artıq əsas mənbələrdən biridir və mövcud maşrut üzərindən qaz ixracını artırmaq üçün texniki imkanlara sahib olan real ölkədir. Bunun üçün bizim böyük ehtiyatlarımız da mövcuddur.
#EconomyAz #EUgas

Son xəbərlər

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

U-17 (yeniyetmələr) dünya çempionatlarının nəticələrinin müqayisəsi (Bakı:2012-2026:)

Deputat: "Azərbaycanın dövlət rəsmiləri onların qarşısına çıxmaqdan çəkinmir, "söyüş müxalifəti" isə eyni ssenarini təkrarlayır"

Bütün xəbərlər