Azərbaycanda ən çox və ən az olan heyvanlar


Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sayı ilə bağlı statistika ölkədə hansı heyvan növlərinin üstünlük təşkil etdiyini və hansı istiqamətlərdə azalma tendensiyası olduğunu göstərir. Rəsmi rəqəmlərə görə, ölkədə ən çox sayda quş saxlanılır, ən az rast gəlinən heyvanlardan biri isə dəvələrdir.

Millixəbər.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin 2026-cı il yanvarın 1-nə olan məlumatına əsasən, ölkədə quşların sayı 29 milyon 418 min 269 baş olub. Bu göstərici əvvəlki illə müqayisədə 0,4 faiz artım deməkdir və quşçuluğun kənd təsərrüfatında ən geniş yayılmış sahələrdən biri olaraq qaldığını göstərir.

Kənd təsərrüfatı heyvanları arasında isə ən böyük pay qoyunlara məxsusdur. Statistikaya görə, Azərbaycanda 6 milyon 413 min 964 baş qoyun, 390 min 160 baş keçi qeydə alınıb. Qoyun və keçilərin ümumi sayı isə 6 milyon 804 min 124 baş təşkil edib.

İribuynuzlu mal-qaranın sayı 2 milyon 441 min 587 baş olub. Bunun 1 milyon 172 min 405 başını inəklər təşkil edib.

Ən az sayda olan heyvanlar sırasında isə dəvələr və donuzlar yer alıb. Ölkədə cəmi 352 baş dəvə qeydə alınıb. Donuzların sayı isə 3 min 481 baş təşkil edib. Atların sayı 46 min 447 baş, eşşəklərin sayı isə 10 min 311 baş olub.

Arıçılıq sahəsində də azalma müşahidə olunur. Statistikaya əsasən, ölkədə arı ailələrinin sayı 545 min 136 vahid təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,9 faiz azdır.

Rəqəmlər göstərir ki, Azərbaycanda heyvandarlıqda əsas yük ənənəvi olaraq quşçuluq və xırdabuynuzlu heyvandarlığın üzərində qalır. (Modern.az)

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər