Güclü dövlət təkcə öz sərhədlərini deyil, həm də regionun gələcəyini formalaşdırır


IV Şuşa Qlobal Media Forumunda Prezident cənab İlham Əliyev tərəfindən səsləndirilən fikirlər bir daha onu göstərdi ki, bu gün Azərbaycan artıq təkcə enerji ixrac edən ölkə deyil. Ölkəmiz Avropa ilə Asiyanı birləşdirən etibarlı nəqliyyat qovşağı, enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri və regional sabitliyin mühüm iştirakçısıdır.

Ən diqqətçəkən məqamlardan biri isə orta güc anlayışı ilə bağlı idi. Müasir dünyada dövlətin gücü yalnız əhalisinin sayı və ya iqtisadiyyatının həcmi ilə ölçülmür. Əsas meyar milli maraqları müstəqil şəkildə müdafiə etmək, regional proseslərə təsir göstərmək və dünyada etibarlı tərəfdaş kimi qəbul olunmaqdır.

Azərbaycan bu gün 16 ölkəyə təbii qaz ixrac edir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, Orta Dəhlizin əsas logistika mərkəzlərindən birinə çevrilir, Şərqlə Qərb, Şimalla Cənub arasında etibarlı bağlantı platforması yaradır və Qarabağda bərpa və yenidənqurma işlərini dünyanın diqqətinə təqdim edir.

Şuşa artıq yalnız tariximizin və mədəniyyətimizin simvolu deyil. Bu şəhər qlobal dialoqun, beynəlxalq əməkdaşlığın və Azərbaycanın artan geosiyasi rolunun nümayiş olunduğu mühüm platformaya çevrilib.

Dünyada siyasi və iqtisadi balansların sürətlə dəyişdiyi bir dövrdə Azərbaycanın ən böyük üstünlüyü etibarlı tərəfdaş, praqmatik siyasət yürüdən və uzunmüddətli strateji baxışa malik dövlət kimi qəbul edilməsidir. Bu, dövlət başçısı cənab İlham Əliyevin çox böyük uğurudur. Məhz bu amil ölkəmizin beynəlxalq mövqeyini ildən-ilə daha da gücləndirir.


Tahir Mirkişili,
Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər