Azərbaycan milli mətbuatı: "Əkinçi"dən rəqəmsal mediaya uzanan yol


Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd edilir. Milli mətbuatımızın təməli 1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə qoyulub. Bu əlamətdar tarix artıq 151 ildir ki, ölkəmizdə milli jurnalistikanın yaranma günü kimi qeyd olunur.

"Əkinçi" qəzeti cəmi 56 nömrə işıq üzü görsə də, xalqın maariflənməsində, milli şüurun formalaşmasında, ictimai fikrin inkişafında və Azərbaycan mətbuatının təşəkkülündə müstəsna rol oynayıb. Həsən bəy Zərdabinin başladığı maarifçilik missiyası sonrakı dövrlərdə milli mətbuatın inkişafına güclü təkan verib və Azərbaycan jurnalistikasının əsas istiqamətlərini müəyyənləşdirib.
Müstəqillik illərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən media islahatları, xüsusilə 1998-ci ildə senzuranın ləğv edilməsi ölkədə söz və mətbuat azadlığının təmin olunmasında mühüm mərhələ olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir, media sahəsinin inkişafı, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması, rəqəmsal transformasiya və informasiya təhlükəsizliyinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Bu gün Azərbaycan mediası müasir informasiya məkanında operativlik, peşəkarlıq və obyektivlik prinsiplərini əsas tutaraq cəmiyyətin düzgün məlumatlandırılması, milli maraqların qorunması və dövlətçilik dəyərlərinin təbliği istiqamətində mühüm fəaliyyət göstərir.
Milli Mətbuat Günü münasibətilə ölkəmizin bütün jurnalistlərini, media nümayəndələrini və bu sahədə çalışan hər kəsi ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, yaradıcılıq uğurları, tükənməz enerji və peşə fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.

Tahir Mirkişili,
Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər