Gündəm / Sosial / Bölgə / Səhiyyə

Səhiyyə naziri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

27.11.2026 22:17 33
Səhiyyə naziri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib


Səhiyyə naziri Anar Bayramov vətəndaş qəbulu qrafikinə uyğun olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasında Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayon sakinlərini qəbul edib.

Millixeber.az xəbər verir ki, nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, qəbul zamanı vətəndaşların müayinə-müalicə, əmək münasibətləri, əlillik məsələləri və digər mövzularda müraciətləri dinlənilib.

Bir sıra məsələlər yerində həllini tapıb, əlavə araşdırma tələb edən müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstərişlər verilib.