Millət vəkili Tahir Mirkişili Sumqayıt şəhər 43 saylı dairədən namizədliyim irəli sürülüb
YAP İdarə Heyətinin qərarı ilə 01 sentyabr 2024-cü il tarixdə Milli Məclisə keçiriləcək seçkilərdə Sumqayıt şəhər 43 saylı dairədən (9-cu, 10-cu, 13-cü mikrorayonlar, Novruz qəsəbəsi) namizədliyi irəli sürülüb.
Bu barədə Millixəbər.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edib.
İlk növbədə, mənə göstərilən bu yüksək etimada görə YAP sədri, Prezident cənab İlham Əliyevə öz dərin minnətdarlığımı bildirir, namizədliyimi dəstəklədiyinə görə isə YAP İdarə Heyətinə təşəkkürümü bildirirəm!
Biz YAP olaraq indiyə qədər iştirak etdiyimiz bütün seçkilərdə qalib gəlmişik. Amma bu dəfə ilk dəfə olaraq Qalib Azərbaycanın Milli Məclisinə seçkilərdə qalib olmaq üçün yarışacağıq. Əminəm ki, bu dəfə də seçicilərin etimadını qazanaraq seçklərdə qalib gələcəyik.
Sumqayıt şəhəri ölkəmizin mühüm və inkişaf etmiş şəhərlərindən biridir. Sumqayıtlıların etimadını qazanaraq onları Milli Məclisdə təmsil etmək mənim üçün hər zaman qürurlu olub! Bu yolda keçən illərdə bacardığımızı etməyə çalışmışıq.
YAP sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm və tarixi qələbələr qazanmışdır. Azərbaycan yeni dövrə qədəm qoyub. Yeni dövrdə Milli Məclis qarşısında yeni mühüm vəzifələr vardır. Əminəm ki, yeni formalaşacaq VII çağırış bu vəzifələrin öhdəsindən layiqincə gələcəkdir.
#43SaylıDairə #Sumqayıt #YAP
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.