Qədim zamanlardan Azərbaycan və Pakistan xalqları arasında dostluq əlaqələri mövcud olmuşdur
Azərbaycan müstəqillik qazandıqdan sonra dövlətlərimiz və xalqlarımız arasında əlaqələr daha da möhkəmlənmişdir. 1993-cü ildə Prezidenti seçilən ulu öndər Heydər Əliyev Pakistanla dostluq əlaqələrinin qurulmasına böyük önəm vermişdir. Prezident cənab İlham Əliyev də dost və qardaş Pakistan dövlət ilə iqtisadi, siyasi, hərbi sənaye sahəsində əməkdaşlığın qurulmasına xüsusi diqqət ayırır. Pakistan dövləti də Azərbaycanla dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə böyük maraq göstərir. Prezident cənab İlham Əliyevin Pakistan İslam Respublikasına bu dəfəki səfəri ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq əlaqələrini daha da dərinləşdirəcəyini və münasibətlərimizin yeni mərhələyə qədəm qoyacağını söyləyə bilərik.
Azərbaycan və Pakistan hər zaman bütün beynəlxalq təşkilatlarda bir birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləmələrinə dair bəyanatla çıxış edib. Ermənistanın ölkəmizə hərbi təcavüzü ilə bağlı BMT TŞ-da 822 saylı qətnamənin qəbul edilməsində Pakistan dövlətinin xüsusi xidmətləri olmuşdur. Xüsusilə torpaqlarımız 30 il işğal altında olduğu dövrdə, Vətən müharibəsində Pakistanın ölkəmizə siyasi, mənəvi dəstəyini dövlətimiz və xalqımız çox yüksək qiymətləndirmişdir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən Pakistan Ermənistanla heç bir diplomatik münasibət qurmamışdır və ümumiyyətlə Ermənistanı müstəqil bir dövlət kimi tanımamışdır. Azərbaycan Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini birmənalı şəkildə dəstəkləyir və BMT TŞ-nın məsələnin həllinə dair qətnamələrin icra olunmasının tərəfdarıdır.
44 günlük müharibədə rəsmi İslamabad, eləcə də Pakistanın kütləvi informasiya vasitələri Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılmasında böyük işlər görmüşdür. Prezidentimizin Pakistanda ən yüksək səviyyədə qarşılanması Pakistan dövlətinin və xalqının Prezidenti cənab İlham Əliyevə böyük sevgi və ehtiramının nümunəsi idi. Səfər çərçivəsində iki dövlət arasında bütün sahələri əhatə edən bir çox dövlətlərarası sənədlər imzalandı. Pakistanla Azərbaycan arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün çox böyük imkanlar var, gələcəkdə əlaqələrimiz daha da dərinləşəcək. Həmçinin investisiya sahəsində də əməkdaşlığın artırılması barədə də razılığa gəlinmişdir.
Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində Heydər Əliyev Fondunun da misilsiz xidmətləri olmuşdur. Fondun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə Pakistanda bir çox xeyriyyə tədbirləri həyata keçirilib. Həyata keçirdiyi nəcib və xeyirxah xidmətlərə görə Mehriban xanım Pakistanın ali mükafatları ilə təltif olunub.
Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.