Hadisə

Səfər Mehdiyev həbsdəki işçiləri ilə üzləşdirildi

01.02.2023 11:55 327
Dövlət Gömrük Komitəsinin sədrliyindən uzaqlaşdırılan Səfər Mehdiyev tabeçiliyində çalışmış şəxslərin cinayət işinin istintaqı çərçivəsində növbəti dəfə istintaqa çağırılıb.

Gununsesi.info-nun xəbərinə görə, sabiq komitə sədri istintaqçıların suallarını cavablandırmaqla bərabər həbsdə olan baş idarə rəisləri ilə üzləşdirilib.

Məlumatda o da bildirilir ki, Səfər Mehdiyev budəfəki istintaqa vəkili ilə cəlb olunub.