Lətifə Əhmədova: Qürurla deyə bilərik ki, Ulu öndər Heydər Əliyevin ideyaları  yaşayır və qalib gəlir


12 dekabr Azərbaycan xalqı üçün tarixi bir gündür — Ulu Öndər Heydər Əliyevin anım günü...



Hər il bu tarixdə ölkə daxilində və xaricdə
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi hər zaman böyük ehtiramla anılır.
Onun Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, milli birliyin təmin olunmasında və ölkənin müstəqilliyə aparan yolda gördüyü işlər xalqımızın yaddaşında silinməz iz qoyub.

Ümummilli Liderin Azərbaycana rəhbərlik illəri ölkəmizin gələcək taleyinin təyin olunması baxımından hər zaman həlledici rol oynayıb. Sovetlər Birliyi dönəmində Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr tariximizə yüksək iqtisadi sıçrayış və yeniləşmə illəri kimi daxil olub. Məhz Ulu Öndərin müdrikliyi, qətiyyətli iradəsi və yüksək təşkilatçılığı sayəsində iqtisadi böhran həddinə gəlib çatmış respublika ən qısa zaman kəsiyində sürətli sosial-iqtisadi yüksəliş mərhələsinə daxil oldu. Azərbaycan cəmi bir neçə il ərzində ən geridə qalan respublikadan ən qabaqcıl respublikaya çevrildi, sənayesi inkişaf etdirildi, güclü aqrar-sənaye kompleksi formalaşdırıldı. Azərbaycanın iqtisadi inkişafı xalqın özünəinamını yüksəltdi, milli özünüdərk hissi gücləndi və mənəvi tərəqqi sürətləndi. Elmin, mədəniyyətin, təhsilin inkişafında böyük uğurlar əldə edildi. Bakının milli şəhər siması formalaşdırıldı, bütün sahələrdə, o cümlədən idarəçilikdə, mədəniyyətdə milli kadrlar yetişdirildi, milli ruh yüksəkliyi formalaşdı. Heydər Əliyevin respublikaya rəhbərlik illəri, əslində Azərbaycanın intibah dövrü sayılırdı və o zaman yaradılan möhkəm bünövrə ölkənin gələcək taleyi baxımından mühüm rol oynadı.
Heydər Əliyev bu gün istər ölkə daxilində, istərsə də ölkə xaricində müstəqil və müasir Azərbaycan dövlətinin memarı sayılır. Vacib bir məqam da bundan ibarətdir ki, Heydər Əliyev siyasəti hər zaman ölkəmizin inkişafının və yeniləşməsinin əsasını təşkil edib. 2003-cü ildən bu günə qədər Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında qüdrətli inkişafında bu siyasət həlledici rol oynayıb və bu siyasi kursun uğurla davam etdirilməsi sayəsində insanların rifahı əhəmiyyətli dərəcədə yüksəlib, ölkənin hərbi qüdrəti müqayisəedilməz dərəcədə güclənib. Yeniləşmə nəticəsində şəhər və kəndlərimizin siması kökündən dəyişib. Bu gün Azərbaycan dünyada ən uğurlu gənc dövlət kimi qəbul olunur, onun parlaq gələcəyinə olan inam dünya birliyində bizə çoxlu dostlar qazandırıb. Ölkəmizin mövqeyinin güclənməsi, bir çox beynəlxalq reytinqlərdə ən mötəbər yerlərdə mövqe tutması insanlarımızın qürur mənbəyinə çevrilib.
     Məhz bu siyasətin nəticəsidir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimiz 44 günlük Vətən müharibəsində mütləq Qələbə qazandı və torpaqlarımızın ərazi bütövlüyü təmin edildi.
Tam əminliklə deyə bilərik ki, bu gün ulu öndər Heydər Əliyevin ideyaları  yaşayır və qalib gəlir, Azərbaycan xalqını  daha böyük qələbələrə aparır.
ümummilli liderimiz Heydər Əliyevin arzu etdiyi kimi, müstəqillik yolu ilə inamla irəliləyən güclü və qüdrətli Azərbaycan dövləti dünya birliyi ölkələri sırasında öz layiqli yerini tutaraq daha da inkişaf edir.

Lətifə Əhmədova: Tərəqqi medallı, AQSİA - nın idarə heyyətinin üzvü, iş adamı

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər