"Bizim təxminlərimiz özünü doğrultdu. Ermənistan missiyadan sui-istifadə edir. Son vaxtlar Ermənistan ordusu şərti sərhəddə mövqelərimizi atəşə tutublar. Müdafiə Nazirliyinin açıqlaması ilə yəqin ki tanış olmusunuz, orada deyilir ki, Ermənistan bununla Azərbaycanı cavab atəşi açmağa təhrik edir. Məqsəd Aİ missiyasında yanlış rəy formalaşdırmaq və vəziyyəti süni olaraq gərginləşdirməkdir”.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yerli mətbuata açıqlamasında deyib. O, bildirib ki, Ermənistan düşünür ki, Aİ missiyasının gəlməsi ilə onun təhlükəsizliyi təmin olunub və indi diqqətini Qarabağda pozuculuq əməllərini davam etdirməyə yönəldə bilər.

Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında vurğulayıb ki, tarixi qələbəmizdən sonra yaranan reallıqlar, Azərbaycanın diktə etməsi, Azərbaycanım həm bölgədə, həm qlobal anlamdakı nüfuzunun, Ermənistanla bərabər onu dəstəkləyən dövlətləri, qurumları da narahat edir.

“Son zamanlar Ermənistanın ikibaşlı siyasətinin şahidiyik. Ermənistan ağası olan, nökərlik etdiyi Rusiyanın caynağından çıxmağa çalışır və daha çox Qərbə yönəlir, Qərblə daha çox danışıqlara gedir. Növbəti Avropa İttifaqı mülki missiyasının Ermənistana gəlməsi, Ermənistanın daxili işi sayılır. Amma bu bir daha Ermənistanın heç vaxt müstəqil olmadığını, dövlət kimi formalaşa bilmədiyini və mütləq başının üstündə diqtə edənin olmasını göstərir. Mövcud vəziyyət Ermənistanın bərbad siyasəti və durumunun nəticəsidir. Avropa İttifaqı missiyası Ermənistanda 100 nəfərlə 2 illik müddətə fəaliyyətə başlayıb. Ermənistan bundan ruhlanaraq, arxasında Avropa İttifaqı və yaxud hansısa güclərin olduğuna güvənərək, son zamanlar sərhəddə atəşkəsin pozulmasına və Qarabağda separatçı qrupları silahlandırmağa cəhd edir”-deyən deputat bildirib ki, hər bir vəziyyət rəsmi Bakı tərəfindən müşahidə olunur. Ermənistanın bundan bir növ həvəsləndiyinin şahidiyik. Lakin Ermənistan unudur ki, bu gün Azərbaycan kifayət qədər bütün lazımi nöqtələrdə möhkəmlənib. Belə ki, Ermənistanın hətta paytaxt İrəvanla yanaşı digər şəhərlərində strateji nöqtələrdə gedən bütün proseslər Azərbaycan tərəfindən izlənilir.

Deputat hesab edir ki, Ermənistan hər hansı bir təxribata yol verməyə çalışdığı halda bu Azərbaycan tərəfindən qısa vaxt ərzində qarşılanaraq, darmadağın edilə bilər. Azərbaycan bunu dəfələrlə söyləyib. Onun sözlərinə görə, həm ölkə başçısı, hə Müdafiə Nazirliyi, həm Xarici İşlər Nazirliyi bu barədə xəbərdalıq edib ki, Ermənistanın belə fikirlərə düşməsi ümumiyyətlə onun dövlət kimi mövcud olmasını sual altına qoya bilər.

“Bu gün Azərbaycan sülh gündəliyinin tərəfdarıdır. Azərbaycanın arzusu 91-ci “Almatı” bəyannaməsi ilə əsərhədlərimizin tanınması, delimititasiya və demarkasiya edilməsi, kommunikasiyanın açılması və sülh müqaviləsinin imzalanmasıdır. Bununla bağlı beynəlxalq hüquqa söykənən 5 baza prinsip təqdim etmişik. Ermənistan hələ də havadarların köməyi ilə bunu qeyri müəyyən bir zaman qədər uzadılmasına, ləngidilməsinə çalışır”,- deyən İskəndərov əlavə edib ki, Ermənistan istər Avropa İttifaqı olsun, kim olursa olsun öz ölkəsinə dəvət etməsi bu onların öz siyasətidir. Onların heç biri Ermənistanın hər hansı belə təxribatlarını, Azərbaycana qarşı silahlı hücuma keçməsini dəstəkləyə bilməz. Belə hal baş verərsə, Azərbaycan qətiyyətlə və qısa vaxt ərazində Ermənistanın yerinə oturmağı təmin edə bilər. Bu da arzuolunan deyil. Çünki artıq silahların susması və qələmlərin işə düşməsinə ehtiyac var.

Deputatın fikrincə, bu gün Azərbaycan tərəfinin verdiyi təklifləri Ermənistan qəbul edəcəksə, bu bölgə üçün də, Ermənistan üçün əlverişli olacaq. Qəbul etməyəcəksə, hər hansı bir təxribata yol verəcəksə, bu hadisələrin qarşısı Azərbaycan tərəfindən qətiyyətlə alınacaq.

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər