"Şuşa-Laçın yolunda bizim 17 nəfərlik bölməmiz Ermənistanın 200-dən çox hərbi qulluqçusunu məhv etdi".

Bunu "Report"un Şuşa şəhərinə ezam olunan əməkdaşına müsahibəsində Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) keçmiş hərbi qulluqçusu, Vətən müharibəsi qazisi Şəmsəddin Qurbanov deyib.

Onun sözlərinə görə, oktyabrın 31-də Xocalı rayonunun Sığınaq kəndindən Şuşanın Daşaltı kəndi istiqamətində irəliləmək əmri alıblar və orada mövqe tutublar. Əsas məqsəd isə gizli "Şuşa tapşırığı"nı maksimum dərəcədə aşkara çıxarmamaq olub:

"Artıq noyabrın 3-ü axşam saatlarında tapşırıq gəldi ki, Daşaltının içərisinə daxil olmadan qayalığın altı ilə irəliləyərək Laçın dəhlizini tutmalıyıq. Noyabrın 4-ü səhər saatlarında Laçın dəhlizinə çatdıq və oranı nəzarətə götürdük. Burada sağ və sol tərəflərdə düşmənin səngərləri var idi. Onlar bizi hazırlıqsız yaxamalaq istəyirdilər. Ancaq bizim öndə gedən qruplarımız, eləcə də onları arxadan dəstəkləyən qruplarımızın peşəkarlığı nəticəsində çətin tapşırığı yerinə yetirdik və Laçın dəhlizini tutmağa müvəffəq olduq".

Xüsusi təyinatlıların Şuşa əməliyyatı - şəhərdəki küçə döyüşlərinin təfərrüatı








Ş.Qurbanov söyləyib ki, noyabrın 6-a qədər Şuşa-Xankəndi sərhədi boyunca sıx meşəliklə gizlicə irəliləyiblər. Onlar irəlilədikcə ermənilərin danışıq səslərini, mahnı zümzümələrini aydın şəkildə eşitmək mümkün olub:

"Düşmən bizi aşkara çıxarmaq üçün meşəlik ərazilərə kor-koranə şəkildə iriçaplı silahlardan atəş açırdı. Onlar hətta fosfor mərmilərindən istifadə edərək meşələri yandırırdılar. Düşmən 15 metrliyimizə əl qumbaraları atdı. Bu məqamda yaralı döyüş yoldaşım gizir Tural Musayevi xilas etmək üçün özümü irəli atdım. Daha sonra düşmənin arxasından sızaraq onlara gələn hərbi yardım və təminat maşınlarını ələ keçirdik və amansız döyüşdə düşmən 100-ə yaxın itki verdi".

XTQ qazisinin sözlərinə görə, artıq 12 saatdan sonra, yəni noyabrın 7-si Şuşa qalası və ətrafını tutublar və şəhər erməni silahlılarından tam təmizləndikdən sonra üçrəngli şanlı bayrağımız Şuşada ucaldılaraq cənab Ali Baş Komandana məruzə olunub:

"Ayın 6-sı Qalaya daxil olmamışdan qabaq 20 nəfər şəhidimiz, 70 nəfər isə yaralımız olmuşdu. Noyabrın 7-si mənə əziz olan döyüş yoldaşım Vətən Müharibəsi Qəhrəmanı şəhid Mehrab Niftəliyev ağır yaralandı. Yaralananda dedi ki, uşaqlarım üçün darıxmışam, onları görmək istəyirəm. O, su istədi, amma verə bilmədim. Çünki güllə yağışı altında heç nəyimiz qalmamışdı. Noyabrın 8-də Mehrab şəhidlik zirvəsinə ucaldı. Digər döyüş yoldaşım Məlikzadə Fərhad da yanımda şəhid oldu".

XTQ-nin digər qazisi Ziya Həsənli də Qala şəhərinin azadlığı uğrunda döyüşüb. O bildirib ki, Şuşaya daxil olduqda burada düşmənin kifayət qədər zirehli döyüş texnikasının və şəxsi heyətinin olduğunu müşahidə ediblər:

"Döyüşün əvvəlində tankəleyhinə vasitələrlə ermənilərin şəxsi heyətini və bir neçə texnikasını məhv etmişdik. Şuşaya daxil olandan sonra düşmənin hücumlarına cavab vermək üçün tank əleyhinə mərmimiz qalmamışdı. Ələ keçirdiyimiz texnika və mülki maşınlardan benzin çəkərək yandırıcı vasitələr düzəldib tanklara atırdıq. Şuşa daxilində kəşfiyyat apardıqca onların hərbi hissəsini tapdıq və orada çoxlu sayda silah-sursat, döyüş texnikaları, eyni zamanda tank əleyhinə idarə olunan raket kompleksi də ələ keçirdik".

XTQ qazisi düşmən tankını vurması anından da danışıb. O bildirib ki, ermənilər Şuşada raket kompleksini ataraq qaçıb. Z.Həsənli həmin raketi götürərək düşmənin viran qoyduğu binalardan birinin üçüncü mərtəbəsinə qalxaraq orada mövqe tutub.

Xüsusi təyinatlı döyüşçü Qala şəhərinin "3 yol" adlanan ərazisi istiqamətində müşahidə apararaq hədəfini gözləyib:

"Mən 3 erməni tankı gələndə ilk iki tankı buraxıb, sonuncunu vurdum və atəşim uğurlu alındı. Digər bölmələrimiz düşmənin digər texnikalarını məhv edəndən sonra döyüş əzmimiz daha da yüksəldi. Təəssüflər olsun ki, döyüş yoldaşlarım baş leytenant Xəyyam Əzizov və gizir Ramiq Tağıyevi itirdik. Xəyyam Əzizov öz doğum günündə - noyabrın 8-də şəhadətə yüksəldi. Gizir Ramiq Tağıyev isə yaralı döyüş yoldaşımıza ilkin tibbi yardım edərək onu təxliyə edəndən sonra düşmənin atdığı atəş nəticəsində şəhid oldu".

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər