"Etiraf etmək lazımdır ki, son illər Azərbaycan-Rusiya münasibətləri normal, qarşılıqlı etimad, bir-birinin daxili işlərinə qarışmamaq müstəvisində inkişaf edir. Belə bir münasibətlərin formalaşmasında heç şübhəsiz ki, ölkə prezidenti cənab İlham Əliyevin diplomatik məharəti və çevik, reallığa söykənən xarici siyasəti həlledici rol oynayır".
Bu barədə Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Prezident İlham Əliyevin Moskvaya səfərini və Rusiya lideri Vladimir Putinlə görüşünü şərh edərkən bildirdi.
Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətləri əvvəlki illərdən və xüsusi olaraq Yeltsin Rusiyasından fərqli olaraq Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə gedir:
"Qarşılıqlı səfərlər, ən müxtəlif platformalarda aparılan və hər iki dövlətin maraqlarına xidmət edən müzakirələr, heç şübhəsiz ki, Azərbaycan-Rusiya münasibətlərinin inkişafına müsbət təsirini göstərir. Ölkə prezidenti cənab İlham Əliyevin Rusiyaya son səfəri münasibətlərimizin inkişafı baxımından əlbəttə xususi əhəmiyyət kəsb edir. Cənab İlham Əliyevlə Rusiya Prezidenti cənab Vladimir Putinin görüşü, aparılan müzakirələr, əldə olunan razılıqlar şübhəsiz ki, Azərbaycanın Rusiya ilə bundan sonrakı münasibətlərinə ciddi töhfələr verəcəkdir".
Günay Ağamalı qeyd etdi ki, Rusiya 44 günlük müharibədə neytral qalaraq erməni faşizmi üzərində qələbəmizə, torpaqlarımızın işğaldan azad edilməsinə və suverenliyimizin təmin edilməsində Ermənistanın yanında olmadı, bizə maneçiliklər törətmədi.
"Əlbəttə, bunu obyektiv və düzgün qiymətləndirmək lazımdır. Əminəm ki, bundan sonra da Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə, Azərbaycanın dövlət və milli maraqları hər hansı təhdid görmədən inkişaf edəcəkdir", - deyə deputat bildirdi.
"Rusiya 44 günlük müharibədə Ermənistanın yanında olmadı" - Günay Ağamalı
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.