Vətənpərvər ruhlu gəncliyin yetişdirilməsində təhsil müəssisələri və QHT-lərin də üzərinə böyük məsuliyyət düşür
Bakı Slavyan Universitetinin konfrans zalında “2 Fevral – Gənclər Günü”nə həsr olunmuş “Nəsillərin görüşü” silsiləsindən “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib.
Respublika Veteranlar Təşkilatı və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə gənclər, veteranlar və qonaqlar iştirak ediblər.
Tədbirdə Dövlət Himni səslənib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxış edərək, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, onların inkişafı mövzusunda müzakirələrin aparılmasında ali təhsil müəssisələrinin rolundan söz açıb.
Rektorun məsləhətçisi Ənvər Abbasov dövlətimizin gənclər siyasətindən bəhs edib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, vətənpərvər ruhlu gəncliyin yetişdirilməsində ailə ilə yanaşı, təhsil müəssisələri və QHT-lərin də üzərinə böyük məsuliyyət düşür.
Daha sonra çıxış edənlər ölkəmizin inkişafı və dövlətimizin təhlükəsizliyinin təmin olunmasında gənclərin üzərinə düşən məsuliyyətdən bəhs edib, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıya diqqət çəkiblər.
Əməkdar jurnalist, Yazıçılar Birliyinin üzvü Varis Yolçuyev “Müasir gənclərin hədəfləri, məqsəd və vəzifələri”, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Asif Rüstəmli “Heydər Əliyev – tərbiyənin mənəvi aspektləri” mövzularında çıxış ediblər.
Vətən müharibəsinin iştirakçıları, müharibə veteranları Bəhruz İsmayılov və Emin Şirinov isə çıxışlarında Azərbaycan gəncliyinin 44 günlük savaşda göstərdiyi qəhrəmanlıqlara toxunub, gənclərin bu günə qədər olduğu kimi, bundan sonra da milli maraqlarımızın, dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacağını vurğulayıblar.
Sonda bir qrup gənc Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri fərmanla təltif edilib.
Zamin Zeynal
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.