
Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.
Millixeber. az xəbər verir ki, saat 8:00-dan etibarən seçki məntəqələri səsvermə üçün açılıb.
Bu gün YAP veteranlar şurasının üzvü, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri 18 saylı Nərimanov, Binəqədi, Nizami seçki dairəsinin 20 saylı məntəqəsində, 20 saylı Nərimanov II-ci seçki dairəsinin 8 saylı məntəqəsində səs vermə prosesini müşahidə edib.
İctimai-siyasi fəal Zərifə Quliyeva seçkilərin demokrativ, şəffaf şəkildə keçirildiyini bildirib.
Qeyd edək ki, 118 seçki dairəsinin 5 846 seçki məntəqəsində səsvermə 19:00-dək davam edəcək. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.