Professor Dilqəm Quliyevin ümummilli lideri Heydər Əliyevlə ilk görüşündən XATiRƏLƏRİ
"1997-ci ildən hər il fevral ayının 2-si respublikamızda Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında, ilk dəfə olaraq, Azərbaycanda qeyd olunub.
Heydər Əliyevlə ilk görüşümdə məsuliyyət hiss edirdim. Təbii ki, mən də çox həyəcanlıydım. Dünya miqyaslı bir şəxsiyyətlə görüçşmək elə də asan məsələ deyil. Amma mən əmindim ki, Heydər Əliyev bu görüşü səmimi qarşılayacaq. Çünki o, dahi olduğu qədər, sadə bir insan idi. Və hamıya məlumdur ki, Heydər Əliyev vətənpərvər insan idi. Bu da məni ürəkləndirirdi. Şəhid idmançılar kitabını
Heydər Əliyevin idmançılara verdiyi dəyər, onlara münasibəti hər zaman yüksək səviyyədə olub. “Şəhid idmançılar” "Mənimlə də sərgi önündə çox səmimi görüşdü, fikirini bildirdi. Bu, işi davam etdir. Heydər Əliyev müdrik bir insan idi görüşddə onun əhvalından, təbəssümündən, mənimlə səmimi söhbətindən başa düşdüm ki, hər şey yaxşıdır. İndi də mən həmin günü böyük fəxrlə xatırlayıram"
Heydər Əliyev xalqını sevən, olduqca sadə və qorxmaz bir insan idi. Mənim üçün Heydər Əliyev həmişə etalon olub. Yalnız siyasi fəaliyyət etalonu yox, şəxsi davranış etalonu olubdur. Böyük şərəf duyuram ki, bir Azərbaycan vətəndaşı kimi bu nəhəng və qüdrətli tarixi şəxsiyyətlə mən dəfələrlə görüşüb, ona kitablar təqdim etmişəm. Mən, Ulu öndər Heydər Əliyevlə ilk görüşümü belə xatırlayıram:
Mənim ümummilli liderlə bağlı unudulmaz xatirələrindən ilk görüşüm düz 29 il əvvəl bu gün Heydər Əliyevin adını daşıyan sarayında baş verib. Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunları bilən ümummilli liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Nazirlik yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirməyə başladı. Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu.
Heydər Əliyev Azərbaycan xalqı üçün tarixin bəxş etdiyi misilsiz bir şəxsiyyət idi və hamı onun nə dərəcədə qiymətli olduğunu çox gözəl bilirdi. Heydər Əliyev xalqını sevən, olduqca sadə bir insan idi. Mənim üçün Heydər Əliyev həmişə etalon olub. Yalnız siyasi fəaliyyət etalonu yox, şəxsi davranış etalonu olubdur. Böyük şərəf duyuram ki, bir alim kimi bu nəhəng və qüdrətli tarixi şəxsiyyətlə mən dəfələrlə (6 dəfə) görüşüb, ona kitablar təqdim etmişəm. Mən, Ulu öndər Heydər Əliyevlə ilk görüşümü belə xatırlayıram: 1996-cı il 2 fevralda "Azərbaycan Gənclər Forumu"nda Heydər Əliyev adına Respublika Sarayında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ildə şəhidlərin xatirəsinə həsr edilmiş stend hazırlamışdım. Həmin tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə “Şəhid idmancılar” kitabımı təqdim edəndə, Ulu öndər mənə dedi ki, bu vətənpərvərlik mövzusunu davam etdir. Hətda ümummili lider Heydər Əliyev bildirdi ki, bu kitabın şəkilini çəkin. Məhs, əziz oxucu 1995-ci ildə birinci Qarabağ müharibəsində “Şəhid idmançılar” kitablarının I hissısini yazanda söz vermişdı ki, Allah mənə ömür verərsə vaxt gələr işğal olunmuş torpaqlarımız azad olunar, onda şəhidlərin ruhu şad olsun deyə Qarabağın qələbəsi münasibəti ilə "Şəhid idmançılar” kitabının ikinci hissəsini yazaram. 30 ildən sonra məhs, Allah bu “Qarabağın Azadlıq günləri”ni mənə nəsib etdi.
Vətənimizin yeni şanlı tarixi yazılır bu günlər. Son sözü Ali Baş Komandan İlham Əliyevin uzaqgörən diplomatiyasının, dünyada yüksək nüfuzunun məntiqi nəticəsi kimi Azərbaycan ordusu dedi! Fərəhli haldır ki, biz bu şanlı tarixin canlı şahidləriyik.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətlərinin birində demişdi: “27 sentyabr tarixindən başlayan İkinci Qarabağ savaşı barədə çox yazılacaq, şəhidlərimizin qanı bahasına qazanılan qələbələr qələmə alınacaq”.
Məhs, Cənab Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müraciətinə əsasən mən xeyli götür-qoydan sonra bu qənaətə gəldim ki, Azərbaycanın tarixində ilk dəfə ölkənin beynəlxalq səviyyədə tanınmış, tam bərpa edilmiş ərazi bütövlüyü və suverenliyi çiçəklənməyə başladığı vaxtdan indiyədək keçdiyi ağrılı-acılı yolda “Təhsildən səngərə, səngərdən əbədiyyətə (49 İdman Akademiyasının tələbə və məzunların şəhidləri)" və “İkinci Qarabağ müharibəsinin şəhid idmançıları (ümumi Azərbaycan idmançıları 364 şəhid)” haqqında monoqrafiyaları yazmaqla həm ümummili lider Heydər Əliyevə verdiyim sözə əməl etdim, həm tariximizin unudulmuş səhifələrinə yenidən nəzər sala bilər, həm də bu gün Respublikamızda baş verən hadisələrə öz münasibətimi daha aydın bildirərəm.
Əziz oxucu mən firsətdən istifadə edərək kitabın nəşrinə mənəvi və maddi yardım göstərdiyi üçün Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyevə öz dərin minnətdarlığımızı bildiririrəm. Bundan əlavə, Azərbaycanımızın suveren hüquqları uğrunda şəhid olmuş Vətən övladlarını heç zaman unutmamaq, onların müqəddəs xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşatmaq, habelə bu həqiqətləri yetişən və yetişməkdə olan nəsillərə çatdırmaqdır. Bu qənaət mənə qarşıya qoyduğum hər üç suala cavab tapmaq imkanı yaratdı. Mənim də gücüm bu yazılara çatdı.
Əziz oxucu, xalqımızın ümummillli lideri Heydər Əliyev barədə xatirələrim həyatımın ən parlaq səhifələrini təşkil edir. Tale mənə ümummilli lider Heydər Əliyev ilə dəfələrlə şəxsən görüşmək imkanı bəxş etmişdir. Bu görüşlər barədə, müdrik siyasətçi, istedadlı rəhbər Heydər Əliyev haqqında işıqlı xatirələr qəlbimdə həmişəlik qalacaqdır. Fəaliyyətimin dahi şəxsiyyətlə bağlı olan, görüşlərimi böyük qürur, sonsuz ehtiramla yad edirəm.
Məhz bütün bunlara görə mən taleyimdən çox razıyam və ulu öndər Heydər Əliyevi, mənim üçün və bütün azərbaycanlılar üçün son dərəcə əziz olan böyük insanı qəlbimdə, yaddaşımda və xatirələrimdə daim yaşadacağam. Bu gün də mənim yaradıcılıq və pedaqoji fəaliyyətim öz axarı ilə davam edir – amma ümummilli liderin siyasi məktəbinin layiqçi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi və himayəsi altında. Azərbaycan Prezidenti İlham Əliyev dediyi kimi: “Biz haqlı olaraq gənclərimizlə fəxr edirik”.
Əziz gənclərimizi, 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edirəm.
Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər doktoru, professor
Zamin Zeynal
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.