Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Elgizlə izlə" verilişində qonaq olub.

millixeber.az xəbər verir ki, efir zamanı müğənninin üz mimikaları diqqət çəkib. O, halının pisləşdiyini düşünənən aparıcı Elgiz Əkbərin suallarını cavabsız qoyub.

Ruhəngiz Allahverdiyeva daha sonra haqqında çıxan məlumatlardan danışıb:

"Hər şeyə görə hamınıza təşəkkür edirəm. Hamı haqqını halal etsin. Mən heç qarışqanı da incitməmişəm. Həqiqətən heç kəsin qəlibinə dəyən insan deyiləm. Heç kəsin pulunu yeməmişəm, pislik etməmişəm. Səhvsiz insan olmur. Bu günə qədər nəyə nail olmuşamsa, zəhmətim hesabına olub. Bu yaxında bilirsiniz ki, ayağım şişmişdi, iltihab oldu. Bu günə qədər hələ də sağalmayıb. Yenə ayaqqamın içinə qan axa-axa getmişəm toya, pulumu zəhmətimlə qazanmışam. Çox adam deyib ki, niyə belə etmisən, vacibdir? Demişəm, işıq, qaz pulu var. Övadımızı evləndirən də deməsin ki, nəyi tapdısa, itirdi, mənə bir üzük-sırğa qoymadı ki, gedim kiməsə taxım. Həyatda mən sevgi xanımıyam. Sevə bilərəm. Məndə bu ürək var. Bu gün sevgi söhbəti də deyil. Tamam fərqli bir şeydir. Amma bunu açıqlaya bilmirəm. İstəyirəm deyim, amma olmaz. Vicdanım yol vermir.

Mənim ailəmdə söz olub. Mühüm şeylərlə maraqlanmalıyıq. Elə insanlar var ki, sənin həyatını işıqlandırır, evini yıxır. Bunu çəkmişəm. Bir dəfə davalı, bir dəfə də ailəm dağılıb. Bir gün maşın sürmək istəyirdim. Dərnəgüldə pilləkən deyilən yer var. Qız prodüser var idi. Dedim onakı mənə söyləmişdin ki, maşın sürəyi öyrədəcəksən sənə, ailəmə sürpriz edim. Qayıdıb dedi ki, o gün buz idi, gəlmədim, zatən sən də sürməyi öyrənə bilməyəcəksən. Dedim ki, buradan-buradır, gedək öyrət. Orada kameralarda var. 3 dəfə maşını dönüb sürdüm. Böyük kamaz kimi maşınlar var idi. 4-cü dəfə dönəndə qorxdum, elə bildim qəza törədəcəyəm. Ayağımı da səhvən qaza basdım. Torbanı yerindən çıxartdım, vurdum keçdim torpağı, təpə kimi yer var idi, ora dəyib dayandı. Burada kamera var, biz necə yalan danışa bilərik. Nə etsək də maşını çaxara bilmədik. Bir xanıma da həyat yoldaşı maşın sürmək öyrədirdi, o gəlib çıxartdı. Səhəri gəlib dedi ki, bunu evdə desəm məni öldürərlər, bu nə idi başıma gəldi. Söylədi ki, mən 10 neçə ildir maşın sürürəm mənə gülərlər ki, indi gəlib burada bir döngəni dönə bilməmisən. Sən etmisən, sənin də boynunda olmalıdır. Səhəri günü də mediada yazdılar ki, "dostları ilə". Bu dost kişi də ola bilər, elə deyil? Halbuki yanımda 3 xanım olub. Mənim ailəmi bununla dağıtdılar. Yaxşı etdilər? Bu, neçə il bundan qabaq olub.

O gün ad günündə mahnı oxuyanda gitarada çalan biri, adı Kamal idi, əlini qoyub gülür ki, mənim oxumağımın vaxtı keçib. Orada dövlət səviyyəli tədbir yox idi və ya efir deyildi. Ad günündə istənilən mahnını oxuya bilərik. Mənim oxuduğum 3 əsərdən birini gəlsin oxusun, görüm bacarır? Hər uşaq-muşaq bizi paylaşır, insanın qəlbinə dəyir".

Elgiz Ruhəngizlə apardığı söhbətdən sonra isə efirdə bu sözləri səsləndirib:

"Onlar "hürüb" dayanırlar. Çünki onlar heç kimdirlər. Ruhəngiz xanıma da icazə vermirəm ki, artıq onılara cavab versin. Belə "zibil" insanlara fikir vermək lazım deyil. Qoy danışsın, hüquq-mühafizə orqanlarımız var. Sadəcə sizdən tələb olunur ki, şikayət yazın. Qoy ona da dərs olsun. Məsələ həll olsun onun üzünü göstərəcəyəm. Bu adam pul xətrinə edir. Görən kimi biri qabağa gedir, şifarişlə adam tuturlar ki, onun qabağını kəssin. Ona pul verir. Sənin gözündən gəlsin. İctimaiyyətin tanıdığı insanların üstünə çirkab atırsan, utanmırsan? Bəs bilmirsən ki, Ruhəngiz xanım Əməkdar artistdir". //axsam.az

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər