
Gündəm
24.12.2024, 08:26
Ali Baş Komandanın doğum günü münasibətilə bir qrup təhsil işçisi mükafatlandırıldı.
Ötən gün Ali Baş Komandanımız,cənab İlham Əliyevin ad günü münasibətilə keçirilən tədbirdə Media Araşdırma Mərkəzi və Azər.KİVİHİ tərəfindən H.Əliyevin ideyalarının təbliği, elm və təhsil sahəsində göstərdiyi xüsusi xidmətləri nəzərə alınaraq bir qrup təhsil işçisi mükafatlandırılıb.
ADPU-nun dosenti, t.ü.f.d Həsənov Tofiq Əliş oğlu "Zəfər"mükafatı,
BDU-nin coğrafiya kafedrasının müəllimi,pedaqogika üzrə fəlsəfə doktoru, Nərminə Səftər qızı Seyfullayeva " H.Əliyev" mükafatı,
Binəqədi rayon 99 nömrəli orta məktəbin müəllimi İmaməliyeva Şəhla Əli qızı "H.Əliyev" mükafatı,
229 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Qarayeva Şəhla Həbib qızı " Zəfər" mükafatı,
238 nömrəli tam orta məktəbin müəllimi,əməkdar müəllim,tərəqqi medalı laureatı Qasımov Qəhrəman Məhəmmədəli oğlu "Zəfər" mükafatına layiq görülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay