Azərbaycan və Türkiyə arasında tarixi, mədəni, dil və mənəvi bağlara əsaslanan münasibətlər, ölkəmizin müstəqillik illərində daha da möhkəmləndi. Xüsusilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindən sonra iki ölkə arasında əlaqələr yeni mərhələyə qədəm qoydu. Bu münasibətlərin ən mühüm siyasi və hüquqi ifadəsi 15 iyun 2021-ci il tarixində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” oldu.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Şuşada baş tutan tarixi görüş zamanı imzalanan bu sənəd, iki qardaş dövlətin münasibətlərinin rəsmi şəkildə müttəfiqlik səviyyəsinə yüksəldiyini göstərir. Şuşa Bəyannaməsinin imzalandığı 15 iyun tarixi, eyni zamanda Azərbaycanda Milli Qurtuluş Gününə təsadüf etməsi ilə xüsusi simvolik əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsi siyasi, iqtisadi, hərbi, təhlükəsizlik, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutur. Sənəddə tərəflərin bir-birinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədikləri, beynəlxalq hüquqa əsaslanan münasibətləri qorumağa sadiq olduqları vurğulanır.

Hərbi sahədə əməkdaşlıq, birgə təlimlərin keçirilməsi, müdafiə sənayesi layihələrinin həyata keçirilməsi və müdafiə qabiliyyətinin gücləndirilməsi prioritet istiqamətlər kimi müəyyən edilib. Bəyannamədə Zəngəzur dəhlizinin açılması və Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında birbaşa əlaqələrin bərpa olunması regionun nəqliyyat xəritəsində mühüm dəyişikliklərə səbəb olacaq hadisə kimi qeyd olunub. Eyni zamanda, iki ölkə beynəlxalq təşkilatlarda bir-birinə dəstək verməyi və regional, eləcə də qlobal məsələlərdə ortaq mövqe sərgiləməyi öhdəsinə götürür. Energetika, ticarət, kənd təsərrüfatı və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi, elm və təhsil sahəsində təcrübə mübadiləsi, ortaq proqramların icrası, eləcə də türk dünyasının mədəni irsinin qorunması və təşviqi ön planda tutulur.

Yuxarıda qeyd edilənlərdən çıxış edərək qeyd edə bilərik ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində dönüş nöqtəsidir. Bu sənəd yalnız ikitərəfli əlaqələrin hüquqi bazasını gücləndirməklə kifayətlənmir, həm də regionda sülhün və sabitliyin təminatçısı kimi çıxış edir. Bu sənəd, həmçinin türk dünyasının inteqrasiyasını stimullaşdıran mühüm bir sənəd kimi qiymətləndirilir. Bəyannamənin imzalanması beynəlxalq ictimaiyyətin, xüsusilə Rusiya, İran, Avropa İttifaqı və digər regional aktorların diqqətini özünə çəkdi. Çünki Azərbaycanın Qarabağdakı mövqeyinin möhkəmlənməsi və Türkiyənin bu məsələdə verdiyi açıq dəstək regionda yeni geosiyasi reallıqların formalaşmasına səbəb oldu.

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin yalnız bu gününü deyil, gələcəyini də müəyyənləşdirən strateji sənəddir. Qardaşlıqdan müttəfiqliyə keçid, hər iki dövlətin milli maraqlarına xidmət etməklə yanaşı, bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına da mühüm töhfə verir.


İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri

Son xəbərlər

GENDER məsələsi, yoxsa İQTİSADİ data çatışmazlığı?

AQSİA üzvləri AYLA Plastik MMC-nin fəaliyyəti ilə tanış olublar

TƏHSİLDƏ SÜNİ İNTELLEKDƏN İSTİFADƏNİ TƏNZİMLƏMƏK MÜMKÜNDÜRMÜ?

QHT-lərin rəqəmsal dayanıqlılığı və kibertəhlükəsizliyi “NGO Tech Talks” sessiyasında müzakirə olunub

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Zəfər Nəğməsi

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Bütün xəbərlər