15 İyun — Azərbaycanın taleyini dəyişən gün


Bildiyimiz kimi, Azərbaycan Xalqının Milli Qurtuluş Günü — Azərbaycan Respublikasında qeyd edilən rəsmi bayramlardan biridir. Hələ 1997-ci ilin 15 iyun tarixindən bayram kimi elan edilən və elə həmin ildə də qeyd edilən bayrama 1998-ci ildən dövlət statusu verilmişdir.


Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olan bir gündür. Xalqımız üçün əsl qurtuluş tarixi İyunun 15-dir desək heç də yanılmarıq.. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında müstəsna rol oynayan, müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, daim xalqına arxalanan Ulu öndər Heydər Əliyevdir. Müstəqil və yeni Azərbaycanın yaranmasında Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşüb.

anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı.

Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.


Məlumdur ki, bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir. Ulu Öndərin əsasını qoyduğu siyasi kurs son 21 ildə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilib. Prezident İlham Əliyev hələ ilk dəfə dövlət başçısı seçilərkən bəyan etmişdi ki, Onun əsas vəzifəsi Heydər Əliyev siyasi kursunu davam etdirmək olacaq. Son 16 ilin təcrübəsi, qazanılan uğurlar onu təsdiqləyir ki, dövlətimizin başçısı Ulu Öndərin siyasi kursunu zamanın dəyişən tələblərinə uyğun daha da zənginləşdirərək inamla davam etdirir.
Ölkəmizin hər bir vətəndaşı güclü Azərbaycanla qürur duyur. Son illərdə dünyada ən yaxşı iqtisadi inkişaf göstəricilərindən biri məhz Azərbaycanda qeydə alınıb. Bu gün Azərbaycan yeni neft strategiyasının uğurla reallaşdırılması sayəsində bölgənin enerji xəritəsini tamamilə dəyişməyə nail olub, həmçinin Avropanın enerji təhlükəsizliyində böyük çəkiyə malik bir ölkəyə çevrilib. Zəruri infrastrukturun yaradılması sayəsində Azərbaycanın istər Şimal-Cənub, istərsə də Şərq-Qərb nəqliyyat dəhlizində strateji məntəqə kimi rolu əhəmiyyətli dərəcədə artıb.
Ümumiyyətlə, müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, ardıcıl nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir.


Ulu öndər, ümummilli Lider Heydər Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının,
uğurlu daxili və xarici siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam və inkişaf etdirilməsi Azərbaycanın öz tarixində görünməmiş tərəqqi yoluna çıxmasını təmin edib.


Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində, 2020-ci ildə, şanlı qəhrəmanlıq tarixi yazaraq möhtəşəm Zəfər əldə etdi, Ermənistan tərəfindən 30 ilə yaxın işğalı altında qalmış doğma torpaqlarımız azad olundu. Bu gün həmin ərazilərimizdə smart konsepsiyalar əsasında böyük quruculuq işləri aparılır.


Beləliklə, Milli Qurtuluş Günündən başlanan şərəfli inkişaf yolu müasir müstəqil Azərbaycanı daim parlaq tarixi nailiyyət və qələbələrə doğru aparır.

Nəsimi Qarabağlı

Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin prezidenti,

1 və 2 Qarabağ Vətən Müharibəsinin iştirakçısı-müharibə veteranı.

Son xəbərlər

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Azər Badamov:Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir

Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Təhsildən başlayan ideoloji təhlükəsizlik: mənəvi dəyərlərlə qanunun aliliyinin vəhdəti

İdeoloji təhlükəsizlik: milli-mənəvi dəyərlərə və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik

Bakıda 200-dən çox adam saxlanıldı

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Milli QHT Forumu: Milli dəyərlərin və dünyəvi təhsilin qorunması üçün ictimai həmrəylik vacibdir

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

YAP Astara rayon təşkilatında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub+FOTO

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

XX ƏSRİN ƏN NÜFUZLU İQTİSADÇISI KEYNS NİYƏ NOBEL SÜLH MÜKAFATI ALA BİLMƏYİB?

"DƏYƏR VERDİYİN İŞLƏRƏ DƏSTƏK OLMAQ": Nobel mükafatı laureatları pullarını nəyə xərcləyirlər?

Cəbrayılda minaya düşən şəxsin atası da minaya düşüb

Rəqəmsal məkanda kibertəhdidlərə qarşı vətəndaş məsuliyyəti gücləndirilməlidir - MÜSAHİBƏ

Müstəqil xarici siyasətin digər mühüm dayağı güclü iqtisadiyyat və iqtisadi müstəqillikdir

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı müşavirə keçirilib

İlk dəfə bacısı və qardaşı ilə foto paylaşdı

Fidan Mansurova BU VƏZİFƏYƏ təyin olundu - FOTO

Dini komitənin sədrindən MESAJ: "Gənclər xurafatla sağlam dini yanaşmanı fərqləndirməlidir"

MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə

Tahir Mirkişili: Azərbaycanın Məşvərət görüşünə tamhüquqlu qoşulması regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

YAP Sumqayıt şəhər təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

Prezidentdən SƏRƏNCAM - Yüksək vəzifəyə təyin olunanSəbuhi Əliyev kimdir?

Bütün xəbərlər